Ayətullah Xamenei: Gənclər Fələstin ölkəsinin Fələstin xalqına qayıdacağı günü görəcəklər 05 İyun 2019 14:10 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb. Maide.Az xəbər verir ki, ayətullah Xamenei görüşdə çıxışı zamanı İslam ümmətini Fitr bayramı münasibətilə təbrik edib. "Böyük İslam ümmətinin dünyanın müxtəlif məntəqələrində yaşayan bütün nümayəndələrini, müxtəlif sferalarda Allahın nemətlərini və hidayətini qəbul etmək ləyaqətinə malik olduğunu sübuta yetirmiş böyük və şanlı İran xalqını, eləcə də sizi – möhtərəm iştirakçılar, hökumət rəsmiləri, qonaqlar – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm." Fitr bayramının mesajının İslam ölkələri arasında vəhdət və birlik olduğunu bildirən Ayətullah Xamenei qeyd etdi ki, İslam dünyasının bugünkü problemlərinin həlli yolu Quranın «اَشِدّاءُ علَی الکفّار» “kafirlərə qarşı şiddətli” və «رُحَماءُ بَینَهُم» “öz aranızda isə mehriban” olun çağrışına əməl etməkdədir. İslam alimləri və ziyalıları bu çağrışın yerinə yetirilməsi üçün daha çox çalışmalıdırlar. Düşmənlərin müsəlmanlar arasında qarşıdurma və müharibə yaratmaq üçün planlar hazırladığını deyən Ayətullah Xamenei bildirb ki, İslam ölkələri bir-birinin qarşısında durmaq əvəzində Fələstində qəsbkar düşmənin cinayətlərinə qarşı çıxmalıdırlar. Sionist rejimlə saziş və müsəlmanlar arasında ixtilaf yaratmağa çalışan bəzi İslam ölkələrinə tövbə edib yanlış yoldan geri dönməyi tövsiyə edən Ayətullah Xamenei bildirib ki, nə üçün Liviya kimi müsəlman ölkəsində iki qrup bir-biri ilə vuruşmalı, bir-birinin qanını tökməlidir? Nə üçün İslam iddiasında olan bir ölkə Yəmən xalqını və bu ölkənin infrastrukturunu bombalamalı və düşmənlərin istəyini yerinə yetirməlidir? Ayətullah Xamenei Fələstin məsələsinin bu gün İslam dünyasının ilk məsələsi adlandırıb və ABŞ və sionist rejimin məqsədlərinə xidmət edən bəzi müsəlman ölkələrini tənqid edib. “İran İslam Respublikası ilk gündən Fələstin xalqının müdafiəsinə qalxdı, hegemon güclər qarşısında müqavimət göstərdi və göstərəcək.” “Qələbə Fələstin xalqı ilədir” deyən Ayətullah Xamenei bildirb ki, İslam Respublikasının yəhudilərlə bağlı baxışı bəzi sabiq ərəb ölkə rəhbərlərinin “yəhudiləri dənizə tökmək lazımdır” baxışı kimi deyil. Biz düşünürük ki, Fəlsətin xalqının hərtərəfli – həm siyasi, həm mədəni, həm də hərbi sahələrdə mübarizəsi qəsbkarların bu xalqa təslim olacağı vaxtadək davam etməlidir. “İslam Respublikasının təklifi Fələstində yaşayan müsəlman, məsihi və yəhudilər, eləcə də, düşərgələrdə yaşayan fələstinlilər arasında bu ölkədəki hökumət sistemi ilə bağlı sorğu keçirməkdir. Fələstin xalqının mübarizəsi davam etməlidir. Allahın lütfü ilə bu mübarizədə Fələstin xalqı sonda qələbə çalacaq və gənclər Fələstin ölkəsinin Fələstin xalqına qayıdacağı günü görəcəklər. Teqlər : #Ayətullah,#Xamenei:,#Gənclər,#Fələstin,#ölkəsinin,#Fələstin,#xalqına,#qayıdacağı,#günü,#görəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneinin ofisi: 5 İyun Fitr bayramı günüdür Ayətullah Xamenei 600 -dən çox məhbusu əfv edib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB