Ayətullah Xamenei 600 -dən çox məhbusu əfv edib

Ayətullah Xamenei 600 -dən çox məhbusu əfv edib

Ramazan bayramı münasibəti ilə

Ali Rəhbər  Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə ölkənin bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verib.

 

Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir kİ,  əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

 

İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi  Fitr bayramı münasibətilə  əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib.

 

Məktubda 691 məhbusun əfv olunması,  cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi  xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.

Google+ WhatsApp ok.ru