Ayətullah Mühəqqiq vəfat edib

Ayətullah Mühəqqiq vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Əfqanıstanın tanınmış müctəhidlərindən Ayətullah Qurbanəli Mühəqqiq Kabili  bu gün səhər 91 yaşında vəfat edib. 
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki,  mərhum Ayətullah Mühəqqiq  dini təhsilini Nəcəf şəhərində alıb. 
 
Ayətullah  Seyid Əbulqasim  Xoyi,  Ayətullah Məhəmməd  Baqir Zəncani, Ayətullah Seyid Möhsin Həkim və  Ayətullah  İmam Xomeyni kimi ustadalrdan dərs alıb.
 
Əfqanıstan dini-elmi hövzələri Ayətullah Mühəqqiqin vəfatı münasibətilə bu gün tətil olunub. 
 
Allah rəhmət etsin!
 
 

Google+ WhatsApp ok.ru