Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Xamenei  Əfqanıstanlı müctəhid Ayətullah Mühəqqiq Kabilinin vəfatı münasibətilə başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Mücahid alim Ayətullah  Hacı Şeyx  Qurbanəli Mühəqqiq Kabilinin  vəfatı münasibətilə bütün Əfqan qardaşlara xüsusi ilə ailəsinə, dostlarına, müqəllidlərinə, şagirdlərinə və  yaxınlarına başsağlığı deyirəm. 
 
Uca Yaradandan o mərhum üçün  ən yüksək dərəcələri verməsini diləyirəm!
 
Qeyd edək ki,  mərhum Ayətullah Mühəqqiq  ötən gün 91 yaşında vəfat edib. 
 

Google+ WhatsApp ok.ru