Ayətullah Xameneyi Trampın mesajına belə cavab verdi

Ayətullah Xameneyi Trampın mesajına belə cavab verdi

“İran İslam Respublikası  ABŞ-a heç etimad etmir və bu ölkə ilə Hərtərəfli Bİrgə Fəaliyyət Planı çərçivəsində  öncəki müzakirələrin acı  təcrübəsi  heç vaxt təkrar olmayacaq.  Çünki heç bir azad və  ağıllı xalq  təzyiqlər altında müzakirəni qəbul  etmir.” 
 
 Maide.az-ın Leader.ir-ə istinadla məlumatına görə, bu sözləri Ali Rəhbər Ayətullah  Xamenei  bu gün səhər  Yaponiya baş naziri  Şinzo  Abenin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşdə bildirib. 
 
Görüşün əvvəlində  baş nazir Ş.Abe  Ayətullah Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Lakin  Ayətullah Xamenei  onun bu istəyinə  “bizim  sizin xoşməramlı və ciddi niyyətinizdə heç bir şübhəmiz yoxdur,  lakin  mən Trampın özünü  heç bir mesaj mübadiləsi etməyə layiq bilmirəm və  ona heç bir cavabım  yoxdur və olmayacaq” cavabını verib.
 
Ayətullah Xamenei  qeyd edib ki,  indi deyəcəklərim sözlər  Yaponiya baş naziri ilə danışıqlar çərçivəsindədir  çünki biz Yaponiyanı dost ölkə hesab edirik, baxmayaraq ki, bəzi şikayətlər də mövcuddur.  
 
Ayətullah Xamenei  Yaponiya baş nazirinin  “Tramp  mənə deyib ki, ABŞ  İranda rejimi dəyişmək niyyətində deyil” sözlərinə  münasibət bildirərək qeyd edib ki, İranın  ABŞ-la problemi rejimin dəyişməsi məsələsi deyil. “Çünki  onların əgər belə bir niyyətləri olmuş olsa belə , icra etməkdən acizdirlər.  Necə ki,  ABŞ-ın  öncəki prezidentləri  ötən 40 il ərzində  İran İslam Respublikasını məhv etmək üçün  çalışdılar lakin bacarmadılar.”
 
Ayətullah Xamenei bildirib ki, Trampın  rejimi dəyişməmək haqqında dedikləri  bir yalandır. Ona görə ki,   əgər bu işi etmək iqtidarında olsaydı, görərdi lakin  edə bilmir. 
 
Ayətullah Xamenei  Yaponiya baş nazirinin  ABŞ-ın  nüvə proqramı mövzusunda da müzakirə aparmaq   istəyi ilə bağlı dediklərinə  münasibət bildirib. “İran İslam Respublikası  5-6 il  5+1 ölkələri çərçivəsində ABŞ və Avropa ölkələri ilə  nüvə mövzusunu müzakirə edib və nəticə də əldə edib. Lakin  ABŞ  bu razılığı pozdu və öhdəliyini yerinə yetirmədi.  Bu baxımdan hansı  ağıllı şəxs  yenidən  bütün sazişləri pozub və verdiyi sözləri  yerinə yetirməyən bir ölkə ilə müzakirə edər?”
 
Ayətullah Xamenei  nüvə silahlarının  anbarlarda saxlanılmasını da  ağılsızlıq adlandırıb.  “ABŞ –ın  hansı ölkənin nüvə silahı olsun, hansının olmasın barəsində danışmağa heç bir səlahiyyəti yoxdur. Çünki  ABŞ –ın özünün  anbarlarında  bir neçə min nüvə başlığı var.”
 
Ayətullah Xamenei  Yaponiya baş nazirinin  “ABŞ İranla sədaqətli müzakirə aparmağa hazırdır” sözünə münasibət bildirərkən deyib ki,  bu sözə inanmır. “Çünki  sədaqətli müzakirə  Tramp kimi bir şəxs tərəfindən  aparıla bilməz. ABŞ rəsmiləri arasında sədaqət çox tapılmaz bir şeydir.  ABŞ prezidenti  bir neçə gün öncə  sizinlə görüşdü və  İran haqqında danışdı. Lakin Yaponiyadan qayıtdıqdan sonra  dərhal  İranın neft-kimya sənayesinə qarşı  sanksiya tətbiq etdi.  Sizcə budurmu sədaqətin mesajı?  Sizcə bu göstərir ki,  onun  sədaqətli müzakirə aparmaq niyyəti var?”
 
Ali Rəhbər deyib ki,  biz heç vaxt  ABŞ-la  son bir neçə ilin acı müzakirə təcrübəsini  yenidən təkrarlamayacayıq.  “Nüvə proqramına dair saziş əldə edildikdən sonra  HBFP-ni  ilk pozan şəxs Obamanın özü idi, bu o şəxs idi ki, İranla müzakirə etməyi istəmişdi və  vasitəçi də göndərmişdi.  Bu bizim təcrübəmizdir və cənab Abe  bilin ki, biz bu təcrübəni bir daha təkrar etməyəcyik”.
 
Yaponiya baş nazirinin “Tramp deyib ki, ABŞ-la müzakirə  İranın inkişafına səbəb olacaq” sözünün cavabında  Ayətullah Xamenei  bildirib ki,  biz Allahın lütfü ilə  ABŞ-la müzakirə etmədən də , elə bu sanksiyalarla birlikdə inkişaf edəcəyik. 
 
Ayətullah Xamenei  Yaponiya baş nazirinin  İranla əlaqələrin inkişaf etdirilməsinə dair sözlərinə  cavab olaraq deyib ki,  Yaponiya  İran üçün Asiyada önəmli bir ölkədir  və  əgər İranla əlaqələri inkişaf etdirməkdə maraqlıdırsa  özündən ciddi iradə ortaya qoymalıdır. Necə ki, bəzi önəmli ölkələr bu ciddi iradəni ortaya qoyub.  
 
Ayətullah Xamenei deyib ki,  biz düşünürük ki,  ABŞ-la müzakirə yolu  bizim problemlərimizin həlli yolu deyil,  heç bir azad xalq  təzyiqlər altında müzakirəni qəbul  etməyəcək.

Google+ WhatsApp ok.ru