Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei rəbbani alim və fəqih Ayətullah Seyid Məhəmməd Şahrudinin vəfatı münasibətilə başsağlığı verib.


Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:


"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Rəbbani alim və Nəcəf dini hövzəsinin böyük fəqihlərindən olan və İslam İnqilabından sonra Qumda məskunlaşan Ayətullah Hacı Seyid Məhəmməd Şahrudinin  vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.  Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə , Nəcəf və Qum dini elmi hövzəyə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"


Google+ WhatsApp ok.ru