Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  dəyərli alim höccətül-islam vəl müslimin  Hacı Seyid Əlirza Hairinin vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim  höccətül-islam vəl müslimin  Hacı Seyid Əlirza Hairinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.  Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə , rəhbəri oldu Dairətül-Maarif  Müəssisəsindəki həmkarlarına başsağlığı deyirəm.  Mərhum alimin  elmi və təbliği xidmətləri İlahi  rəhmət və məğfirət yolunun davamçıları üçün dəyərli yadigardır.   Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 

Google+ WhatsApp ok.ru