Ayətullah Xamenei: Mübarizə və müqavimət olmadan qələbə əldə olunmur -FOTO

Ayətullah Xamenei: Mübarizə və müqavimət olmadan qələbə əldə olunmur -FOTO

 
 Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər  Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Ərurinin başçılıq etdiyi heyəti qəbul edib. 
 
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki,  görüşdə Ali Rəhbər Fələstin məsələsini İslam dünyasının ən önəmli və birinci məsələsi olduğunu vurğulayıb. Fələstin xalqının və müqavimət qruplarının  mübarizəsini təccübləndirici adlandırıb.  “Mübarizə və müqavimət olmadan qələbə əldə olunmur.  Biz İlahi vədəyə əsasən düşünürük ki,  Fələstin məsələsi  hökmən Fələstin xalqının və İslam dünyasının xeyrinə  bitəcək." 
 
Görüşün əvvəlində  Saleh əl-Əruri "Həmas" siyasi bürosunun rəhbəri İsmail Haniyənin məktubunu Ali Rəhbərə təqdim edib. 
 
Ayətullah Xamenei  cənab İ. Haniyənin  məktubdakı mövqeyinə görə təşəkkür edib və  bildirib ki, Həmas Fələstin hərəkatının qəlbindədir. Necə ki, Fələstin İslam dünyasının qəlbindədir. “Allah onun yolunda müqavimət göstərənlərə yardım və qələbə söz verib.  Əlbətdə İlahi vədənin baş verməsi üçün bəzi işlər görülməlidir ki, onların ən önəmlisi  müxtəlif siyasi,  mədəni, iqtisadi, hərbi və düşüncə sahəsində yorulmadan  çalışmaq və mübarizə aparmaqdır”.
 
İran İslam Respublikasının  Fələstin məsələsində dünyanın heç bir ölkəsindən çəkinmir. “Biz həmişə  Fələstinlə bağlı  doğru, şəffaf mövqeyimizi və baxışımızı elan etmişik. Beynəlxalq aləmdə bizə dost olan ölkələr var ki, bu sahədə onlarla fikir ayrılıqlarımız var. Lakin onlar da bilir ki,  İslam Respublikası  Fələstin məsələsində  tamamilə ciddidir”.
 
İranla düşmənçiliklərin önəmli səbəblərindən birinin Fələstin məsələsi olduğunu bəyan edən Ayətullah Xamenei bildirib ki,  bu düşmənçiliklər və təzyiqlər İranın Fələstin məsələsində geri çəkilməsinə səbəb olmayacaq.  Çünki  Fələstini dəstəkləmək dini və əqidə məsələsidir. Əgər İslam dünyası  bir olub Fələstin məsələsində müqavimət göstərsəydi indi şərait daha yaxşı olardı.  ABŞ-ın  quyruğu olan bəzi ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanın Fələstin məsələsindən uzaqlaşması axmaqlıq idi. Çünki  əgər Fələstini müdafiə etsəydilər ABŞ-dan xal qazana bilərdilər”.
 
Fələstin xalqının qələbəsini və bu müqəddəs torpaqların İslam dünyasının ağuşuna qayıtmasını inanılmaz və baş verə bilməyəcək bir məsələ olmadığını vurğulayan Ayətullah Xameni bildirib ki, 40 il öncə  ABŞ-ın  nüfuz və ümid mərkəzi olan İranda dini bir hökumətin olacağına,  Tehrandakı İsrail səfirliyinin Fələstin səfirliyinə çevriləcəyinə heç kəs inanmırdı. Lakin bu inanılmaz məsələ baş verdi.  Deməli  zahirdə qəribə görsənən məsələlərin baş verməsi  mükündür. Cənab Seyid Həsən Nəsrullahın “İnşaallah  Əqsa məscidində  namaz qılacam” deməsi  bizim üçün baş verə biləcək bir ümiddir. Əgər biz hamımız vəzifəmizə  əməl etsək, İlahi vədə baş verəcək”.
 
“"Əsrin Müqaviləsi" layihəsini xəyanət layihəsi adlandıran Ayətullah Xamenei bildirib ki, bu təhlükəli planın məqsədi  Fələstinlilərin kimliyini gənclər və müxtəlif təbəqələr arasında məhv etmək idi. Bununla mübarizə aparmaq lazımdır və fələstinlilərin kimliyinin pul ilə  məhv edilməsinə imkan verilməməlidir. “Bu layihə ilə mübarizə üçün  təbliğat və mədəni işlər görülməlidir.  Digər bir yol isə Fələstin xalqının inkişaf etməsidir ki, şükürlər olsun ki, Allahın lütfü ilə bura kimi bu inkişaf baş verib.Yaxın keçmişdə fələstinlilər  daşla mübarizə aparırdı, lakin bu gün daş əvəzinə  dəqiq hədəfi məhv edə biləcək raketlərə sahibdirlər.  Bu yəni inkişaf hissi”. 
 
Görüşdə Saleh əl-Əruri Ayətullah Xameneiyə  Əqsa Məscidinin şəkilini hədiyyə olaraq  təqdim edib.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru