Ayətullah Xamenei İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak edib - FOTO 19 Oktyabr 2019 14:02 İslam lideri Bu gün səhər – şəhidlər ağası Əba Əbdillah Hüseynin (ə), o həzrətin səhabə və dostlarının şəhadətinin 40-cı (ərbəin) günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə İmam Hüseynə (ə) əzadarlıq etmək üçün toplaşmış tələbə kollektivlərinə ev sahibliyi edib. Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, mərasim Quranın nurlu ayələrinin qiraəti ilə başlayıb, ardınca “Ərbəin ziyarəti”oxunub, İmam Hüseynin (ə) şanlı qiyamının hədəfləri və fəlsəfəsi haqda danışılıb. Bu mənəvi mərasimin davamında Əhli-Beyti (ə) vəsf edən söz ustadları Həzrət Seyyidüşşühədanın (ə) və Kərbəladan gedən əsirlər karvanının çəkdiyi müsibətlər haqda mərsiyələr oxuyub, universitetlərin tələbə və müəllim kollektivləri Ali Rəhbərlə birgə əzadarlıq edərək sinə vurub. Mərasimdə Ayətullah Xamenei qısa çıxış edib və gənclərə haqq yolunda sabit qədəm olmağı tövsiyə edib. Mərasim Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazının qılınması ilə başa çatıb. Teqlər : #Ayətullah,#Xamenei,#İmam,#Hüseynə,#(ə),#həsr,#olunmuş,#ərbəin,#mərasimində,#iştirak,#edib,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəin yürüşünün həqiqi gücü - Ayətullah Xamenei Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB