Ayətullah Məkarim Şirazi: ‘Vəhhabiliyin sonu yaxındır’

Ayətullah Məkarim Şirazi: ‘Vəhhabiliyin sonu yaxındır’

Qum İslami Elm Hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi deyib ki, Amerikanın dəstəyi və neft dollarları olmasaydı, indiyə qədər təkfirçilər yox olmuşdu.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi dekabrın 19-u vəhhabiliyi tənqid edən bir qrup fəal ilə görüşündə, vəhhabiliyin sonunun yaxın olduğunu söyləyib.
 
Ayətullah Məkarim Şirazi təkfirçi vəhabilik təhlükəsinin təkcə müsəlmanlara qarşı çevrilmədiyini qeyd edərək, belə deyib: “Vəhhabilik məhsulu bütün bəşəriyyətə qarşı təhlükə olan İŞİD-dir”.
 
Müctehid vəhhabiliyin Qurani-Kərimdən seçmə metodu ilə öz düşüncələrinə dəlil tapmaqla məşğul olduqlarını qeyd edərək, belə deyib: “Vəhhabilik təkcə onların hədəfləri və istəklərinə uyğun olan ayələrə əsaslanır və digər ayələri bir kənara qoyur”.
 
Alimlərin din və xalq inancını qorumaq vəzifələrinin olduğunu söyləyən Ayətullah Məkarim Şirazi, vəhhabiliyin bəzi boş və səhv iddialarla Əhli-Beyt (ə) ardıcıllarını xalq və dünya ictimaiyyəti qarşısında gözdən salmağa çalışdığını, buna görə bu mövzuda ayıq olmaq lazım olduğunu söyləyib.
 
Ayətullah Məkarim Şirazi, həmçinin təkfirçiliklə mədəni mübarizənin hərbi mübarizə ilə müqayisədə prioritet olduğunu vurğulayıb: “Əgər təkfirçi düşüncə sual altına alınarsa, onlar ilə hərbi və fiziki mübarizə daha da asanlaşar, hərçənd indi də təkfirçilər müxtəlif sahələrdə ciddi şəkildə zəifləyiblər”.
 

Google+ WhatsApp ok.ru