Ayətullah Rəsuli Məhəllati vəfat edib

Ayətullah Rəsuli Məhəllati vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Quran və şiə tarixi sahəsində 100-dən çox kitabın müəllifi olan Ayətullah Seyid Haşim  Rəsuli Məhəllati  vəfat edib. 
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, mərhum Ayətullah Rəsuli Məhəllatı 90 yaşaında vəfat edib. 
 
Mərhum Rəsuli Məhəllati İranın Məhəllat əhərində dünyaya göz açıb. O, atası mərhum Ayətullah Rəhman Mhəllati, İmam Xomeyni, şəhid Mütəhhəri, Mücahid Təbrizi, Qulpayqani və Təbatəbai Bürucerdi kimi böyük din alimlərindən dərs alıb. 
 
Mərhum Ayətullah Məhəllati  İslam İnqilabının banisi İmam Xomeyninin (rə) və Ali Rəhbər Ayətullah Xameneinin ofisinin üzvi olub.  
 
Quran və şiə tarixi  üzrə 100-dən çox kitabın müəllifi olub. 
 
 Allah rəhmət eləsin!
 

Google+ WhatsApp ok.ru