Ayətullah Xameneinin iştirakı ilə ‘Fatimiyyə günləri’ əzadarlıq mərasimləri keçiriləcək

Ayətullah Xameneinin iştirakı ilə ‘Fatimiyyə günləri’ əzadarlıq mərasimləri keçiriləcək

Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) qızı Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə  yanvarın 26-dan  30-dək  beş gecə əzadarlıq mərasimi keçiriləcək.
 
Maide.Az xəbər verir ki, Həzrət Rəsul Əkrəmin (s.ə.s) əziz qızı Xanım Fatimənin (s.ə) şəhadətinin ildönümü münasibətilə keçirilən bu əzadarlıq mərasimi  İmam Xomeyni (rə) adına hüseyniyyədə  məğrib və işa namazlarından sonra Ayətullah Xameneinin iştirakı ilə baş tutacaq.
 
Mərasimdə Xanım Fatimənin (s.ə) şəxsiyyəti və fəzilətləri haqda natiqlər və məddahlar çıxış edəcəklər.
 
Qeyd edək ki, 29 yanvar 2020-ci il  (3 Cəmadiül-axır), əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin 1-ci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
 
Bir çox müsəlman ölkələrində eləcədə Azərbaycanda  fəzilət, ismət və iffət örnəyi olan Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü gecəsi matəm saxlanılır.  Əhli-Beyt (ə) aşiqləri məscidlər, hüseyniyyələr və dini məkanlarda Peyğəmbərin əziz qızı Həzrət Fatiməyə (s.ə) göz yaşı axıdırlar.
 
 

Google+ WhatsApp ok.ru