Ayətullah Xamenei: Müharibənin olmaması və təhdidə son qoyulması üçün güclənməliyik

Ayətullah Xamenei: Müharibənin olmaması və təhdidə son qoyulması üçün güclənməliyik

Ali Baş Komandan Ayətullah Xamenei bu gün (şənbə) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və şəxsi heyətindən bir qrupu ilə görüşdə qeyd etdi ki, 1357-ci il 19 bəhmən (08.02.1979) hadisəsi İmam Xomeyni (r.ə) və mübarizlərin ilahi vədə inamının nəticəsidir:

 
Maide.Az "Leader.ir" saytına istonadla xəbər verir ki, “Əgər Allahın öz vədinə xilaf çıxmayacağı fikri cəmiyyətə hakim olmasa və məsul şəxslər ayıqcasına əməl etsələr, təhdidlər fürsətə çevriləcək və sanksiya ölkənin neft asılılığından xilas amili və bir çox problemlərin həlli ola bilər”.
 
Ali Rəhbər Hərbi Hava Qüvvələrinin “hümafərlər” dəstəsinin 19 bəhmən 1357-ci il tarixində (08.02.1979) İmam Xomeyni (r.ə) ilə etdikləri tarixi beyətinin qırx birinci ildönümü münasibətilə təşkil edilən bu görüşdə bu hadisənin unudulmaz, heyrətamiz, dərs və ibrətləri olan bir hadisə olduğunu dedi:
 
“Keçmiş rejimin vaxtında Hərbi Hava Qüvvələri güc mərkəzi və ABŞ-a yaxın olan qüvvələrdən biri olmuşdur. Ancaq diktatura rejimi zərbəni məhz ağla gəlməyən bu qüvvədən aldı”.
 
Ayətullah Xamenei dedi: “Quran ayələrinə əsasən, Allah düşmənə heç vaxt gözləmədiyi bir yerdən zərbə vurur. Möminlər də gözləmədikləri yerdən himayə edilirlər. Din mədəniyyətində bu, hesablanmamış və ya maddi prinsiplərlə hesablana bilməyən ruzi hesab edilir”.
 
Ali Rəhbər Allahın dininə yardım edənlərə yardım ediləcəyini açıq və israrlı şəkildə ifadə edən ayələrə işarə edərək dedi: “Allahın bu vədinə əminliklə inanmaq, gələcəyə ümidlə irəliyə doğru hərəkəti qüdrətlə davam etdirmək lazımdır”.
 
Ayətullah Xamenei vurğuladı: “Əgər hər hansı mömin cəmiyyətə və topluma belə bir fikir hakim olsa, həmin cəmiyyətin fərdləri möhkəm qətiyyətlə təhdidləri fürsətə çevirəcəklər. Hərbi Hava Qüvvələri də ABŞ-ın təhdidlərinə məhəl qoymadan hal-hazırda qırıcı və təyyarələri təmir etməklə yanaşı, qırıcı təyyarələr layihələşdirib düzəldirlər”.
 
O qeyd etdi ki, HHQ-nin uğur və inkişafının sirri təhdidi fürsətə çevrimək, yadlardan ümidi kəsmək, daxili imkan və potensiallara əsaslanmaqdadır: “Bu məsələ bütün ölkəyə aiddir. Cinayətkar bir hərəkət olan sanksiyalara baxmayaraq, ölkə üçün çoxlu fürsətlər yaratmaq olar”.
 
Ayətullah Xamenei vurğuladı: “Əgər məsul şəxslər ayıq davransalar, sanksiya şəraitindən istifadə edərək ölkə iqtisadiyyatını bir çox problemlərin səbəbi olan neft asılılığından xilas etmək olar”.
 
Ayətullah Xamenei dedi: “Əlbəttə, ABŞ-ın hökumət rəhbərləri arasında bəzi zəkalı adamlar bu məsələnin fərqindədirlər. Onlar deyirlər ki, İranın neftsiz iqtisadiyyatı təcrübə etməsinə imkan verməməliyik. Buna görə də İran iqtisadiyyatının tamamilə neft pulundan ayırlmaması üçün bir yolu açıq qoymalıyıq. Məsul şəxslər, xüsusilə iqtisadiyyat sahəsinin səlahiyyətli şəxsləri bu məsələdə ayıq olmalıdırlar”.
 
O, düşmənlərin vasitə və metodlarının daha da mürəkkəbləşməsinə işarə edərək dedi: “İslam Respublikasının da metod və üsulları keçmişdəkindən daha mürəkkəb olmuşdur. Belə ki, indi ölkənin ayrı-ayrı sahələrində ölkənin strateji dərinliyini təmin edən və düşməni aciz qoyan tamamilə məntiqli, mürəkkəb və proqressiv metod və işlər cərəyan etməkdədir”.
 
O vurğuladı ki, ölkənin bütün cəhətlərdən, xüsusilə müdafiə cəhətdən güclənməsi lazımdır: “Biz heç bir ölkəni və xalqı təhdid etmək fikrində deyilik, bizim istəyimiz ölkənin təhlükəsizliyini təmin etmək və təhdidin qarşısını almaqdır”.
 
, Ayətullah Xamenei Silahlı Qüvvələr, xüsusilə HHQ, Sepahın Aerokosmik Qüvvələri, Müdafiə Sənayesi Komitəsinə müdafiə gücünü daha yaxşılaşdırmaq üçün çalışmağı, mühüm işlərin həyata keçirilməsində diqqətli olmağı, istedad və potensiallardan maksimum dərəcədə istifadə etməyi tövsiyə etdi: “Əgər ABŞ-ın əvvəlki prezidentləri bu rejimin şeytan xəttini pərdə altında izləyirdilərsə, bu gün amerikalıların azğınlığı, militarlığı, fitnəçi fəaliyyətləri başqalarının əlindəkilərinə tamahı aşkar və örtüksüzdür. İran xalqının düşmənlərinin bu batil yolu mütləq məğlubiyyətə məhkumdur”.

Google+ WhatsApp ok.ru