Ayətullah Xamenei: Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün...

Ayətullah Xamenei: Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün...

Qardaşlar, bacılar, İslam dünyasında mənim bu sözümü eşidən bütün müsəlmanlar! Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün biz narahat olmağa başladıq; başı çıxan adamlar hamısı narahat olmağa başladı. Sünni-şiə məsələsinin Amerikaya nə dəxli var? Yəhudi əsilli filan sionist Amerika siyasətçisinin – hansından ki İslama və müsəlmanlara qarşı şərdən, pislikdən başqa heç bir şey baş verə bilməz – nə işinə qalıb ki, gəlib sünni ilə şiə arasında arbitrlik eləsin, sünni haqqında bir, şiə haqqında başqa bir şey desin? Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən vaxtdan burda vəziyyəti başa düşən, diqqətli insanlar narahatlıq keçirməyə başladılar. Başa düşdülər ki, nə isə təzə bir iş baş verməkdədir. Sünni və şiələr arasında qəsdən salınan davaların tarixi keçmişi var; ingilislər bu işdə mahirdir. Keçmişdə ingilislərin əli ilə – istər burda, istər keçmiş Osmanlı dövlətində, istərsə də ərəb dövlətlərində – sünni və şiələr arasında dava-dalaş, konflikt, kin-küdurət yaradılması, bu ikisinin bir-birinin canına salınması barədə əlimizdə bir çox faktlar, məlumatlar var. Bu gün amerikalıların bu sahədə həyata keçirdiyi planlar isə daha təhlükəlidir. Onların İslam dünyası içərisində bu və ya digər firqənin tərəfini tutması bizi sevindirməlidirmi? Bizim tərəfimizi tutanda biz bundan məmnun qalmalıyıqmı? Xeyr, əksinə, bu bizi kədərləndirməlidir; o barədə düşünməliyik ki, bizdə hansı zəif cəhəti görüblər, hansı zəif cəhətimizdən istifadə etmək istəyirlər, nə məqsədlə bizimlə tərəfdaşlıq ifadə edirlər.
Bunlar birbaşa İslamın özünün əleyhinədirlər. 
 
Ayətullah Xamenei
 
Maide.Az 

Google+ WhatsApp ok.ru