Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  mücahid və inqilabçı alim mərhum Hacı Şeyx İbrahim  Əmininin vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Təqvalı və mücahid alim mərhum Ayətullah cənab Hacı Şeyx  İbrahim  Əmininin  (rə) vəfatı münasibətilə Qum Elmi hövzəsinə,  o mərhumun qələmindən bəhrələnən və onu sevən,  xüsusi ilə  yaxınlarına, ailəsinə və  şagirdlərinə başsağlığı deyirəm.  
 
Bu böyük alimin  ömrü  elm və İslam Maarifinin  öyrənilməsi, yayılması, eləcə də  siyasi və ictimai  fəaliyyəti İslam Respublikasında rəsmi vəzifələrdə fəaal iştirakı ilə keçib.  O mərhum  İmam cümə olmaqla yanaşı  Məsləhət Şurasının və Xobreqan Məclisinin (Ekspertlər Şurasının) üzvi olub. Necə ki, o cənabın təqvası və maddi cazibələrə etinasızlığı gözə çarpan bir nümunəni təcəssüm etdirmişdir. Uca Yaradandan bu sədaqətli və inqilabçı ruhani üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki,  Ayətullah Əmini ötən gün 95 yaşında vəfat edib. 
 
 

Google+ WhatsApp ok.ru