Ayətullah Xamenei:  Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq  Quranın önəmli göstərişlərindəndir - FOTO

Ayətullah Xamenei: Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın önəmli göstərişlərindəndir - FOTO

 Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq  Quranın önəmli göstərişlərindəndir.
 
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə Ali Rəhbər Ayətullah Xameneinin və bir neçə Quran qarisinin iştirakı ilə  Quranla üns məclisi təşkil olunub.  Canlı yayımlanan  mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət edib, dualar oxuyublar.
 
Çıxış edən Ayətullah Xamenei  Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının gəlişi münasibətilə  müsəlmanları təbrik edib və insanların ictimai və fərdi həyatının tənzimlənməsi üçün Quranın səadətbəxş göstərişləri haqqında danışıb. 
 
Ali Rəhbər insanlığın zülmdən, ayrıseçkilikdən, müharibədən, sabitsizlikdən və dəyərlərin tapdalanmasından xilasının, eləcə də sabitlik, sağlamlıq və rahatlığa qovuşmağın yeganə çıxış yolunun Quranın göstərişlərinə əməl etmək olduğunu bildirdi və qeyd etdi ki, Quranın bir sıra tətbiqi göstərişləri  insana həyat tərzi qaydasını öyrədir. “Əgər bu qaydalar güc, pul və şəhvət əsasında tətbiq olunarsa, insan həqiqi və axirət həyatından bəhrəsiz olacaq. Lakin əgər insanlar  öz həyat tərzlərini yaxşılıq  əsasında qursalar, dünyəvi  mənfətlə yanaşı həyatın həqiqi məqsədlərinə də çatacaqlar.“
 
Ali Rəhbər ilahi nemətlərdən, o cümlədən, sərvət və gücdən insanların həyatını abadlaşdırmaq üçün  vasitə kimi istifadə etməyin, ehtiyaclılara və digər insanlara yardımın  Quranın tətbiqi göstərəişlərindən olduğunu vurğuladı. 
 
Ayətullah Xamenei bildirib ki,  Quranın  bir sıra digər ayələrinə və göstərişlərinə əməl etmək  insanların ictimai münasibətlərinin tənzimlənməsinə səbəb olur.  "Cəmiyyətdə qeybət etməkdən çəkinmək, müxaliflər və düşmənlərə qarşı belə insafla davranmaq  həmin göstərişlərdəndir.”
 
Ali Rəhbər Quranın digər göstərişinin yəqin hasil olmayan mövzuları yaymamaqla bağlı olduğunu bildirb və deyib ki, bu gün dünyadakı mövcud jurnalistikanın problemlərindən  biri Quranın bu göstərişinə əməl etməmək, şaiyələr və yalan xəbərlər yaymaqdır. Təssüflər olsun ki, bizim cəmiyyətdə də bu kimi hallar baş verir. 
 
“Zalımlara üz tutmamaq və onlara etibar etməkdən çəkinmək,  həyatda insaflı və ədalətli olmaq, əmanətə xəyanət etməmək İslamın digər göstərişləridir. Əmanətə xəyanət etməmək məsuliyyət və vəzifəyə də aiddir.”
 
Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın digər önəmli göstərişlərindən  olduğunu deyən Ayətullah Xamenei bildirib ki,  bu gün bəzi İslam ölkələrinin vəziyyəti  və onların bəzi zalım güclər tərəfindən təhqir edilməsi onların İslam düşmənlərindən  qorxmaqlarının nəticəsidir. 
 
"Hegemon güclərdən qorxmamaq İmam Xomeyninin sirə və böyük dərsidir!" - deyən Ali Rəhbər bildirib ki,  ABŞ-dan qorxmaq  acı nəticələr gətirəcək. “Biz keçmiş hökumətlərimizdə  gördük ki, onların  ABŞ-dan qorxmaqları necə  ağır problemlər yaratdı."
 
Ali Rəhbər bildirib ki, Ramazan ayında  Allahdan bağışlanmaq diləmək, tövbə etmək,  Allahı yad etmək və diqqətlə namaz qılmaq insanda ruh yüksəkliyi yaradır. 
 
Sonda Ayətulah Xamenei  qeyd edib ki,  ümid edirəm  bütün müsəlman xalqlar, xüsusilə, İslam ölkələri və onların məsul şəxsləri Quranın göstərişlərinə əməl edəcəklər. Çünki Quran  problemlərin şəfabəxş nüsxəsidr.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru