Ayətullah Xamenei məhbusların azadlığa buraxılmasına yardım etdi

Ayətullah Xamenei məhbusların azadlığa buraxılmasına yardım etdi

Ali Rəhbər Ayətullah Xamenei Qolrizan bayramı ilə əlaqədar olaraq, ötən gün borc, diyə (qan pulu) və mehriyyə (qadının kəbin haqqı) səbəbi ilə həbs edilmiş ehtiyaclı məhbusların azadlığa buraxılması üçün 450 milyon tümən vəsait ayırıb. 
 
Qeyd edək ki, "Qolrizan" xeyriyyəçilik festivalı hər il mübarək Ramazan ayında İran İslam Respublikasında maddi təzminat səbibilə zindanda olan məhbusların azadlığa buraxılması üçün keçirilir.
 
Bu festival çərçivəsində xeyriyyəçilər bəzi məhbusların vaxtından əvvəl azad olunması üçün onların vurduqları maddi ziyanı  şəriətin təyin etdiyi miqdarda (təzminat xarakterli)  xəsarət alana ödəyirlər.
 
Bu il bu festival koronavirusa görə televiziyadan canlı yayımla və sosial şəbəkələr üzərindən onlayn keçiriləcək.

 

Google+ WhatsApp ok.ru