Ayətullah Xameneinin ofisi: 24 May Fitr bayramı günüdür

Ayətullah Xameneinin ofisi: 24 May Fitr bayramı günüdür

 

Şəvval ayı müşahidə olunduğu üçün  May ayının 24-ü Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər  Ayətullah Seyid Əli Xameneinin ofisi yanında Ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.

Məlumata görə, 100-dən çox ekspert qrupu Ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb:

"Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elan edirik ki,  ölkənin bir neçə bölgəsindən verilən  dəqiq məlumatlara əsasən,  Şəvval ayının Ayı bu gün görünüb  və  Ali Rəhbər Ayətullah Xamenei cənablarına  ayın görünməsi sabit olub.  Buna görə də, sabah (May ayının 24-ü)  Fitr bayramı günüdür."
 
Bu bayram münasibəti ilə  bütün  mömin qardaş və bacıları  təbrik edirik.

 

Google+ WhatsApp ok.ru