Ayətullah Xamenei başsağlığı verib 01 İyul 2020 20:12 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Tehranda xəstəxanada baş vermiş yanğında həyatını itirmiş vətəndaşların ailələrinə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Xəstəxanaların birində baş vermiş yanğın hadisəsi və əziz vətəndaşlarımızdan bir neçə nəfərinin orada həyatını itirməsi ürək ağrıdıcıdır. Bu münasibətilə həyatını itirən şəxslərin ailələrinə səmimi qəlbdən başsağlığı verirəm. Allahdan onların ailələrin səbr və qəlbləri üçün aramlq diləyirəm. Bütün aidiyyatı qurumlar bu cür acı və ürək yandıran hadisələrin qarşısını almaq üçün tam güclə çalışsın. Ziyanların minimuma endirilməsi üçün lazimi tədbirlər görülsün. Aidiyyatı qurumlar Xəstəxanada baş vermiş bu hadisənin səbəblərini tez bir zamanda düzgün araşdırsın”. Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameni: Korrupsiya da koronavirus kimi çox təhlükəli və yolxucudur amma... - FOTO Ayətullah Xamenei HƏMAS rəhbərliyinə məktub yazıb
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB