Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei iqtisadi fiqh mütəxəssisi alim mərhum höccətül-islam Seyid Abbas  Musəviyanın  vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Cənab höccətül-İslam Seyid Abbas Müsəviyanın vəfatı münasibətilə onu sevən,  xüsusi ilə  yaxınlarına, ailəsinə və  şagirdlərinə başsağlığı deyirəm.  O mərhum  iqtisadi fiqh sahəsində , İslami bankçılıq və fiqhin  digər iqtisadi məsələlərində mütəxəssis idi və onun olmaması itkidir. Uca Yaradandan o mərhum üçün rəhmətini və ən yüksək dərəcələri verməsini və yaxınlarına səbr diləyirəm!"
 
Qeyd edək ki,  höccətül-islam Musəviyan bu gün səhər 60 yaşında vəfat edib. 

Google+ WhatsApp ok.ru