Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  mücahid alim, İslamın və şiənin danışan dili  Höccətül-İslam Təsxirinin vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə!  Mücahid alim, İslam və şiənin danışan dili olan cənab Hacı Şeyx Məhəmməd Əli Təsxirinin vəfatı xəbərindən kədərləndik. Bu yorulmaz və təslim olmayan insanın beynəlxalq İslami asambeleyalarda müxtəlif parlaq xidmətləri olub. Onun güclü və həvəsləndirici qətiyyəti son illərdə fiziki zəifliyini də üstələdi, belə ki, lazımlı və faydalı olduğu yerlərdə təsirli və mübarək iştirakını davam etdirdi. Onun ölkə daxilindəki vəzifələri və xidmətləri də bu fəzilətli və sadiq din xadiminin səylərinin ayrı və dəyərli bir hissəsidir. Mən mərhum Təsxirinin vəfatı münasibətilə onu sevənlərə,  xüsusi ilə  yaxınlarına, ailəsinə və  şagirdlərinə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki,  Höccətül-İslam Təsxirinin bu gün 76 yaşında vəfat edib. 
 

Google+ WhatsApp ok.ru