Ayətullah Nuri Həmədani: Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad edilməlidir

Ayətullah Nuri Həmədani: Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad edilməlidir

Şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Hüseyn Nuri Həmədani Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı dindarların ona ünvanladığı sualı cavablandırıb.
 
Ayətullah Üzma Hüseyn Nuri Həmədani Azərbaycanın haqq savaşı barədə bildirib:
 
"Bismillahir-rəhmanir-rəhim. Mənim Azərbaycanla tanışlığım var və tövfiq tapıb Azərbaycana getdiyim zaman bu xalqın müəyyən qismi ilə görüşüm olub, həmin səfər zamanı da qeyd etmişdim ki, Qarabağ İslam dünyasının bir parçasıdır və gərək İslam ölkəsi olan Azərbaycana qaytarılsın.
 
Qarabağ o diyarda yaşayan şiələrin inqilabçı ruhiyyəsi ilə azad edilməlidir.
 
Düşmənlər də bilsinlər ki, biz bu ölkədə yaşayan şiələrin yanındayıq, onlar İran və Azərbaycan xalqları arasında təfriqə və ayrılıq salmaq fikrinə düşməsinlər.
 
Və biz düşünürk ki, Azərbaycan xalqının (işğalda olan Dağlıq Qarabağın azadlığı barədə) istəkləri həyata keçirilməlidir." (abna24)
 

Google+ WhatsApp ok.ru