Ayətullah Xamenei: Ermənistan Azərbaycan Respublikasının işğal etdiyi ərazilərini azad etməlidir

Ayətullah Xamenei: Ermənistan Azərbaycan Respublikasının işğal etdiyi ərazilərini azad etməlidir

Ermənistan Azərbaycan Respublikasının işğal etdiyi ərazilərini azad etməlidir. 
 
Maide.Az İran televiziyasına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  əziz İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu münasibətilə etdiyi çıxışda Qarabağda gedən döyüşlər haqqında danışarkən deyib. 
 
"Qonşu ölkəmiz olan Azərbaycan Respublikası və Ermənistan arasında  müharibənin baş verməsi  acı bir hadisədir. Bu müharibə region üçün o cümlədən İran üçün təhlükə yaradır və gərək ən yaxın zamanda  sona çatsın.  Əlbətdə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır.Bu müharibənin sonlanmasının əsas şərti Azərbaycan torpaqlarının özünə qaytarılmasıdır. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikadının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır."
 
Ali Rəhbər həmçinin Azərbaycan ərazisində (Dağlıq Qarabağda) yaşayan ermənilərin də  təhlükəsizliyinin təmin olunmasına işarə edərək buyurub: "orada yaşayn ermənilərin əmniyyəti təmin olunmalı, bundan əlavə heç bir tərəf ölkələrin  beynəlxalq sərhədlərinə təcavüz etməməlidir."
 
Ayətullah Xamenei bildirib ki,  İran sərhədləri yaxınlığında terrorçuların yerləşdirilməsi yolverilməzdir, bu haqda inkar  olunsa da belə məlumatlar çatmaqdadır  və əgər belədirsə  onlar İran sərhədlərinə yaxınlaşmamalıdır,  onlar sərhəddə yaxınlaşsalar   onlara qarşı qətiyyətli ölçü götürüləcək.

Google+ WhatsApp ok.ru