Ayətullah Xamenei 3 min 500-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 3 min 500-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 3780 nəfərin əfv olunması barədə fərman imzalayıb.  
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi   Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər  (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 3780 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
 
Qeyd edək ki, noyabr ayının 3-ü Allahın Rəsulı Həzrət Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günü idi. 
 

Google+ WhatsApp ok.ru