Ayətullah Xamenei başsağlığı verib 09 Dekabr 2020 21:37 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Mübariz və təqvalı alim Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdinin vəfatı münasibətilə Qum Elmiyyə Hövzəsinə, böyük mərcəi-təqlidlərə, aliməqamlı alimlərə, möhtərəm "müdərrislər şurası"na, o mərhumun şagirdləri, dostları və istəyənlərinə, məxsusən, əziz ailəsinə, möhtərəm həyat yoldaşı və övladlarına başsağlığı verirəm. Onun elmi və fiqhi fəaliyyətlərlə yanaşı, tağut dövründəki mübarizələri, İnqilabın bütün dövrlərindəki həmişəlik və davamlı iştirakı, ölkənin idarəsində yüksək vəzifələrdə, o cümlədən, Məhkəmə Sisteminin sədri, Nəzarət Şurası, Xobreqan Ekspertlər Məclisi və Parlamentdəki fəaliyyətləri bu görkəmli alimdən əhatəli və nüfuzlu şəxsiyyət formalaşdırmışdı. İnqilabın əsaslarına dönməz imanı, bu yolda müqaviməti, dini və inqilabi qeyrəti bu möhtərəm şəxsiyyətin digər bariz nişanalərindən idi. Ümid edirik ki, bu ağır mənəvi zəxirə onun dərəcələrinin ucalığına səbəb olacaq. Allah-Taaladan o mərhum üçün ilahi rəhmət, məğfirət və razılıq diləyirəm!" Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xamenei şəhid Qasim Süleymaninin il mərasiminin təşkilatçılarını hüzuruna qəbul edib -YENİLƏNİB /FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB