Ayətullah Xamenei mərhum Ayətullah Misbah Yəzdinin cənazə namazını qıldı  - FOTO

Ayətullah Xamenei mərhum Ayətullah Misbah Yəzdinin cənazə namazını qıldı - FOTO

 
Bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  mərhum  Ayətullah Misbah Yəzdinin cənazə namazını qılıb. 
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər  Ayətullah Misbah Yəzdinin cənazə namazını qılıb ruhuna fatihə oxuyaraq, mücahid həkim və qədim  qardaşı ilə vidalaşıb.  
 
Qeyd edək ki,  inqilabçı fəqih, mücahid filosof Ayətullah Əllamə Məhəmməd Təqi  Misbah Yəzdi  ötən gün 86 yaşında vəfat edib. 
 
Mərhumla bu gün Tehranda Şah Əbdüləzim Həsəninin hərəmində vida mərasimi keçirilib. Daha sonra mərhum Ayətullah Misbah Yəzdinin cənazəsi Həzrət Məsumənin (s.ə) hərəmində dəfn olunmaq üçün Qum şəhərinə  aparılıb.
 
 

Google+ WhatsApp ok.ru