Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib – FOTO

Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib – FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Novruz bayramı və İranda hicri-şəmsi ilinin başlanması münasibəti ilə təbrik edib.

Maide.az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei öncə Şəban ayında olan İmam Hüseynin (ə), İmam Səccadın (ə), Həzrət Əbülfəzl-Abbasın (ə) və İmam Zamanın (ə.f.) mövlud günləri münasibətilə İslam ümmətini təbrik edib, daha sonra isə Novruz bayramı və Yeni il münasibətilə bu bayramı qeyd edən bütün xalqları, xüsusilə, İran xalqını, şəhid ailələrini, qaziləri, yeniyetmələri və gəncləri təbrik edib.
 
Ayətullah Xamenei Yeni ilin şad, şirin və xeyir-bərəkətli olmasını arzu edərək, yeni hicri-şəmsi ilini “istehsal; dəstəklər və maneələrin aradan qaldırılması” ili adlandırıb.
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru