Kərbəla şəhidləri - Yezid ibn Sübeyt Qeysi

Kərbəla şəhidləri - Yezid ibn Sübeyt Qeysi

O, Bəsrə şiələrindən idi və İmam Hüseyn (ə) hələ Məkkədə ikən o Həzrətə qoşulmaq qərarına gəldi. Onun on oğlu var idi. Öz qərarını onlara bildirib dedi: “Sizdən hansınız canını İmamın (ə) yolunda fəda etməyə hazırdır?” Abdullah və Übeydullah adlı iki oğlu hazır olduğunu bildirdi.
 
İmam Hüseyn (ə) Məkkənin Əbtəh adlı məntəqəsində düşərgə saldığı zaman İbn Sübeyt Məkkəyə çatıb, qısa bir istirahətdən sonra İmamın (ə) mənzil etdiyi yerə yollandı. İmam (ə) onun gəlişindən xəbər tutduqda, özü onun xeyməsinə getdi. O, İmamı (ə) görcək, “Salam olsun sənə, ey Allah Rəsulunun (s) övladı!” – deyə uca səslə salamladı. İmam (ə) onun salamının cavabını verdi və onu dua edərək öz karvanına qoşdu.
 
O, Kərbəlaya qədər İmamın (ə) hüzurunda idi. Aşura günü Abdullah və Übeydullah adlı iki oğlu elə ilk həmlədə şəhadətə çatdı. Özü isə sonrakı hücumda döyüşərək şəhid oldu.
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru