Ayat namazı necə qılınır? - QAYDA

Ayat namazı necə qılınır? - QAYDA

Dekabrın 26-da Bakıda Günəş tutulması müşahidə olunacaq

Məlum olduğu  kimi Sabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq.
 
Həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.
 
Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq və saat 10:58-də tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.
 
Bakıda  Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq. 
 
Qeyd edək ki, bu cür hadisələrdə, o cümlədən, zəlzələ kimi təbii fəlakətlər zamanı ayat namazı qılınmalıdır.
 
Ayat namazı iki rükətdir və hər bir rükətdə bеş rüku iki səcdə vardır.
 
Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır:
 
Günəş və ayın tutulması, hətta bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı, sarı və ümumiyyətlə, adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və günəş tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamın qorxusuna səbəb olarsa, o zaman bu hadisələr ayat namazının vacib olmasına səbəb olmaz.
 
Namazın qılınma qaydası belədir: 
 
1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rükətə başlanılır. İkinci rükət də birinci rükət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam deyilir.
 
2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür:
 
1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”;
2. “Əllahus-saməd”; 
3. “Ləm yəlid"; 
4. "Və ləm yuləd”;
5. “Və ləm yəkul-ləhu kufuvən əhəd”. 
 
Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rükətə başlanılır. İkinci rükət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam deyilir.
 
Ayat namazının bir rükətini birinci, ikinci rükətini o biri qayda ilə qılmaq olar.
 
Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz. 
 
Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.  Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.
 
Maide.Az 

 

Google+ WhatsApp ok.ru