Ayaz Mütəllibov: “Rasim Musabəyov küçə xuliqanı səviyyəsinə enib” 07 İyul 2015 01:00 Siyasət “Siyasətlə məşğul olan adam siyasi mübahisələri küçə xuliqanlığı səviyyəsinə endirməməlidir”. Maide.az xəbər verir ki, bunu deputat Rasim Musabəyovun jurnalist Eynulla Fətullayevi hədələməsini və onun ünvanına səviyyəsiz ifadələrlə təhqirlər yağdırmasını virtualaz.org saytına şərh edən sabiq prezident Ayaz Mütəllibov deyib. A.Mütəllibov bildirib ki, o, bu cür cılız təhqirlər səviyyəsinə enməyi R.Musabəyova yaraşdırmır: “Bəli, əgər sən siyasətçisənsə, tənqidlərə dözümlü olmalısan, emosiyalarını cilovlamağı bacarmalısan. Prezidentliyim dövründə Musabəyov mənim administrasiyamda işləyirdi. Onunla şəxsən tanış deyildim, amma bilirdim ki, hansısa analitik məqalələr yazır, politologiya ilə məşğul olur. Ona görə də ona bir az da yetişməyi, müdrikləşməyi və danışığına fikir verməyi məsləhət görərdim”. Yada salaq ki, deputat R.Musabəyov “Monitor” jurnalının baş redaktoru, öz evinin qarşısında güllələnərək qətlə yetirilən Elmar Hüseynov kimi jurnalist Eynulla Fətullayevə də divan tutmağa çağırışla çıxış edib. Teqlər : #Ayaz Mütəllibov: Rasim Musabəyov küçə xuliqanı səviyyəsinə enib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan XİN rusiyalı iş adamını `arzuolunmaz şəxslər` siyahısına daxil edəcək 16 senator Əliyevə məktub yazdı: `Siyasi motivli həbslər...`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video