Üç ayda 15 üçəm doğulub

Üç ayda 15 üçəm doğulub

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 967, təxminən gündə 389 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,6 təşkil edib.
 
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, doğulan körpələrin 626-sı əkiz, 15-i üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (17,9), Aran (16,3), Dağlıq Şirvan (16,2), Quba-Xaçmaz (15,2) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 111 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. /

Google+ WhatsApp ok.ru