Aydın Əliyev Samur çayı üzərindəki körpünün vəziyyəti ilə bağlı narahatlığını ifadə edib

Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərindəki körpünün vəziyyəti Azərbaycan Dövlət Gömrük Komitəsini (DGK) narahat edir.
 
Maide.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə DGK sədri Aydın Əliyev deyib.
 
Komitə sədri bildirib ki, bununla bağlı Azərbaycan tərəfi artıq öz təkliflərini verib: "Gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb. Nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmaq istəyir və Rusiya Azərbaycanın ticarət tərəfdaşlığında ilk sırada gedən ölkədir, bu məsələsi gündəmdə qalacaq".
 
A. Əliyev əlavə edib ki, Rusiya ilə sərhəddə gələcəkdə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulmur.

Google+ WhatsApp ok.ru