Ayetullah Məkarim Şirazi: Media orqanları İŞİD haqqında `İslam Dövləti` ifadəsini istifadə etməməlidirlər

Maide.az-ın məlumatına görə, İslamın böyük alimlərindən olan Ayətullah Məkarim Şirazi İŞİD haqqında "İslam Dövləti" ifadəsinin əvəzinə "İŞİD terror təşkilatı " ifadəsinin istifadə edilməsinin doğru olduğunu bildirir: "Bu, əli qanlı terror təşkilatı haqqında "İslam Dövləti" ifadəsini amerikalılar və avropalılar sırf İslamı ləkələmək üçün istifadə edir. O halda, müsəlmanlar İŞİD-ə "İslam Dövləti" deməkdən çəkinməlidirlər. Lakin bəzi mətbuat orqanları bu təşkilat haqqında "İslam Dövləti" ifadəsini işlədirlər. Niyə belə yazırsınız? Bu terroristlər həqiqətən müsəlmandırmı və bunların bir dövləti varmı? Günahsız insanların qanını tökən, müsəlmanların namuslarına təcavüz edən, evlərini yıxan, İslam cəmiyyətində terror əsdirib təhlükəsizliyi ortadan qaldıran bu zalımların İslamla nə əlaqəsi var?! Görəsən bunlara "dövlət" deyilə bilərmi?! Görəsən İslam insanların başlarını kəsmi deyir?! Görəsən İslam "cihad nikahı" adı altında ən çirkin həyasızlıqlarımı əmr edir?! Ərəbistanın böyük müftisi belə "bunların dininin olmadığını və xəvaric olduqlarını" söylədi. Bu terrorçular zülmlərini və həyasızlıqlarını elə bir həddə çatdırdı, ki artıq onlar belə, bunların İslama aidiyyatı olmadığını söyləyir..."

Google+ WhatsApp ok.ru