Ayfonun bu modellərini işlədənlərə pis xəbər

Ayfonun bu modellərini işlədənlərə pis xəbər

Əpl (Apple) şirkətinin köhnəlmiş smartfonlarının istifadəçiləri payızda çıxacaq iOS 13 yeniləməsindən istifadə edə bilməyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Əpl şirkətinin rəsmi saytında məlumat dərc edilib.

Yeniləmə imkanı “SE” və “6S”, o cümlədən “iPad” (“Air2” və “Mini 4”dən) modellərindən başlayacaq.

Beləliklə “5S” və daha köhnə modellər yeniləmələri əldə edə bilməyəcəklər. “Ayfon 6” modelinin bu siyahıya düşüb-düşmədiyi hələlik açıqlanmayıb.

Google+ WhatsApp ok.ru