Çaylardakı sululuq miqdarı açıqlanıb

Çaylardakı sululuq miqdarı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Maide.Az-a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir.

 
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 140 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 198 m3/s təşkil edərək ongünlük normanın 235 faizinə bərabər olub.
 
 
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 5, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə  alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 523 sm (2015-ci il noyabrın 07-də 454 sm), Salyanda 397 sm (2015-ci il noyabrın 07-də 316 sm), Bankədə 275 sm (2015-ci il noyabrın 07-də 234 sm), Araz çayının Novruzlu məntəqəsində isə 234 sm (2015-ci il noyabrın 07-də 174 sm) təşkil edir. /

Google+ WhatsApp ok.ru