Çayı nə ilə içmək olmaz? 03 Dekabr 2019 08:48 Sağlamlıq İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Solomatina deyib. O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur. Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər. Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur. Teqlər : #Çayı,#nə,#ilə,#içmək,#olmaz?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həkim növbəli iş qrafikində doyunca yatmağın yollarını izah etdi Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir