Ayrılan milyonların mənasızlığı

Ayrılan milyonların mənasızlığı

-- Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi planı axsayır?

"Exo" qəzetində  "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi planı axsayır?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif islahatların hazırkı vəziyyətini ekspert İlham Şabanla müzakirə edir.
 
Ekspert deyir ki, son vaxtlar neftin qiymətində bahalanma baş verib, bu isə Azərbaycan hökumətinin diqqətini qeyri-neft sahəsindən hasilat sahəsinə yönəldib: "Yəni, iqtisadiyyatın şaxələndirilməsi üzrə plan yenidən axsamağa başlayıb, son 10 ildə qeyri-neft məhsullarının ixracında hər hansı dəyişiklik baş verməyib, qorxuram ki, yaxın illərdə də bu sahədə heç nə dəyişməyə". İ.Şaban islahatlar sahəsindəki mövcud durumu qəzetə belə şərh edir.
 
İ.Şaban deyir ki, Azərbaycanın 2018-ci ilə aid dövlət büdcəsində neftin bareli 45 dollardan hesablanır, hazırda Azərbaycan nefti 75 dollara satılır, yaranan 30 dollarlıq fərqi qeyri-neft sahəsinin inkişafına sərf etmək olar.
 
Ekspert iddia edir ki, qeyri-neft sahəsində ancaq turizm sektoru inkişafı edir və bu sektor inkişaf sürətini belə saxlasa 2025-ci ilə Azərbaycan postsovet məkanında iri tuzim mərkəzlərindən biri ola bilər: "Qeyi-neft sektorunun qalan sahələrinə gəlincə, burada hər hansı innovasiya, investisiya və struktur dəyişiklikləri yoxdur, bu mənada 2015-ci ilə aid statistik göstəricilərlə indiki cari göstəricilər arasında ciddi dəyişiklik müşahidə olunmur".
 
İ.Şaban deyir ki, 2017-ci ildə Azərbaycan 1 milyard 538 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib, bu isə 2016-cl il ilə müqayisədə 24% artım deməkdir, amma bunun da 150 milyon dolları Dövlət Neft Şirkəti müəssisələrinin ixracından gələn gəlirlərdir: "2018-ci ildə SOCAR-ın polimer zavodunda 70-71 min ton polipropilen istehsal ediləcək, Karbamod zavodu istehsal gücünü artıracaq.
 
Bu zavodların gəlirləri qeyri-neft sektorunun statistikasına aid ediləcək və ictimaiyyətə qeyri-neft sektorunun davamlı inkişaf etməsi bəyan olunacaq".
 
Ekspert vurğulayır ki, ona görə də sabah Dövlət Neft Şirkətinin 2018-ci il üzrə gəlirləri hesabına Azərbaycan hökuməti qeyri-neft ixracının 2 milyard dollar olması barədə bəyanat versə təəccüblü olmayacaq: "Bu zaman belə, real gəlir yenə də 1,4 milyard dollar səviyyəsində qalacaq, bu isə statistik göstəricilərlə oynamaq deməkdir. Bu oyun kimə lazımdır, əgər son 5, hətta 10 ildə qeyri-neft sektorunda vəziyyət gerçək olaraq dəyişməyibsə rəqəm oyunu ilə dövlət orqanları kimləri aldatmağa səy göstərirlər? Bütün bu müddədə neft-qaz ixracı bütün ixracın 90%-ni təşkil edib və bu payı aşağı salmaq mümkün deyil".
 
İ.Şaban deyir ki, qeyri-neft sahəsinin inkişaf edə bilməməsinin səbəbi hər tərəfi bürüyən monopoliyadır, nəzərə alsaq ki, dünya rəqabətlilik deməkdir, bu baxımdan Azərbaycan uduzmuş durumdadır.
 
Ekspert deyir ki, bu halda dövlət büdcəsindən qeyri-neft sahəsinə 100 milyon manatlarla ölçülən subsidiyaların ayrılması da mənasızdır, ölkə bazarlarında qiymətlərin enməsi görünmür, bahalaşma isə davam edir. (contact.az)
 

Google+ WhatsApp ok.ru