Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq

Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
 
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq. 
 
Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.
 
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 
 
Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
 
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib. 
 

Google+ WhatsApp ok.ru