Ayətulah Xamenei: Güclü iqtisadiyyat olmadan ardıcıl izzət və təhlükəsizliyə çatmaq olmaz - FOTO

Ayətulah Xamenei: Güclü iqtisadiyyat olmadan ardıcıl izzət və təhlükəsizliyə çatmaq olmaz - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  ötən gün Məşhəddə İmam Rzanın (ə) pak hərəmində çıxış edib. 
 
Maide.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən Məşhəd şəhərində olan on minlərlə zəvvar və yerli əhalinin geniş iştirakı qarşısında çıxış edən Ayətullah Xamenei  bildirib ki, İran iqtisadi sahədə dalana dirənməyib və bu sahədə geniş uğur qazana bilər.  
 
Ayətullah Xamenei bildirib ki, bu il mühüm iqtisadi hərəkətə ehtiyac var və bu istiqamətdə ölkə üçün önəmli  bir ildir. “Düşmənin hədəfi, İran xalqına təzyiq göstərməkdir. Onlar xalqı İran İslam Respublikası quruluşundan məyus etmək istəyir”.
 
Ayətullah Xamenei bildirib ki, İran xalqının bugünkü prioriteti iqtisadi məsələdir. “Güclü iqtisadiyyat olmadan ardıcıl izzət və təhlükəsizliyə çatmaq olmaz. Bu şeyləri təmin etməliyik. Milli birlik və xalqın quruluşla ümumi bağlılığı olmadan bu istəklər əldə olunmayacaq. Ölkənin gələcəyi üçün üstünlük təşkil edən aparıcı nöqtə, milli və daxili istehsaldır və mənim tələb etdiyim məsələ, daxili istehsala söykənmək və arxalanmaqdır”.
 
Ayətullah Xamenei ölkədə istehsalın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və deyib ki, istehsalın artırılması donmuş əmanət hesablarının işə düşməsinə, ölkənin önəmli valyutasının istehlak olunmamasına, gənclərin təşəbbüsünün artmasına, istedadların çiçəklənməsinə və əməyin rövnəq tapmasınına təsir göstərəcək. 
 
Ayətullah Xamenei deyib ki, daxili istehsalın artmasında xalq təbəqələrinin məsuliyyət hissi ilə bu işə yanaşması çox önəmlidir. “Ölkə daxilində kifayət qədər istehsal olunan malların idxalı, həm şəriət və həm də qanun baxımından haram sayılmalıdır”.
 
Ayətullah Xamenei həmçinin İranın müdafiə və hərbi sahədə əldə etdiyi nailiyyətləri göz qamaşdırıcı adlandırıb. “İnqilabdan öncə hərbi cəhətdən açıq-aşkar xaricdən, özü də Amerika kimi düşmənlərdən asılı olan bir ölkənin bugünkü fəaliyyətləri düşmənin gözlərini qamaşdırır, düşmənləri narahat edir və  hiddətləndirir”.
 
Ayətullah Xamenei daha sonra qarşıdan gələn prezident seçkilərinə toxunub və bildirib ki, bizim ölkəmizdə seçkilər olduqca önəmlidir. “Təkcə prezident seçkiləri deyil, həm də məclis və şura seçkiləri də önəmlidir. Seçkilər güc gətirən fenomen və İran xalqının izzətinə səbəb olur. Seçkilər dini demokratiyanın iki dayağından biridir. Xalq seçkilərdə aktiv iştirak etməlidir".
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru