Ayətullah Hacı Şeyx Səfərəli Şahsuvari vəfat edib

Ayətullah Hacı Şeyx Səfərəli Şahsuvari vəfat edib

-- Bu gün dəfn olunacaq

"İnna lillah və inna ileyhi raciun"
 
İmam Xomeyini (rə) və Ayətullah Xameneinin ofisinin istiftaat ofisinin üzvi  Ayətullah  Hacı Şeyx Səfərəli  Şahsuvari  ötən gün vəfat edib. 
 
Maide.Az  “ABNA”-a istinadən xəbər verir ki,   mərhum Ayətullah Şahsuvari  ağciyər xəstəliyindən əziyyət çəkirdi və Tehranın İbn Sina xəstəxanasında uzun müddət idi müalicə alırdı. 
 
Mərhum  Şahsuvarinin  dəfn mərasimi bu gün Tehranda təşkil olunacaq.  
 
Ayətullah Şahsuvari  Ayətullah Brucerdi və İmam Xomyeninin şagirdlərindən olub.   Tehranın qərb bölgəsində uzun müddət İslam dininin təbliği ilə məşğul olub. 
 
Allah rəhmət eləsin.
 

 

İstiftaat ofisi

Google+ WhatsApp ok.ru