Ayətullah Musəvi Ərdəbilinin il mərasimi keçirilib

Ayətullah Musəvi Ərdəbilinin il mərasimi keçirilib

Tanınmış mərcəi-təqlid mərhum Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin il mərasimi Qumda "Əzəm" məscidində keçirilib. 
 
Maide.Az xəbər verir ki, ötən gün  Qumda Əzəm məscidində mərhum Ayətullah Musəvi Ərdəbilin il mərasimi şam və işa namazından sonra keçirilib.  Mərasimdə müctəhidlər o cümlədən Ayətullah Nuri Həmədani, Ayətullah Cavadi Amoli, Ayətullah  Buşehri, Ayətullah Əmini, Ayətullah Şübeyri Zəncani və başqaları, eləcədə tələbələr, alimlər və xalq kütləsi iştirak edib. 
 
Qeyd edək ki, mərhum Ayətullah Musəvi Ərdəbili 2016-cı ilin noyabr ayının 22-də vəfat edib.  Onun  babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.
 
Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
 
İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi, Musəvi Ərdəbilinin də rolu olub.
 
İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
 
İnqilabın ilk illərində müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.  
 
Allah rəhmət eləsin!
 
O, Qum şəhərində "Mufid" universitetini və həmçinin, Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. 
 

Google+ WhatsApp ok.ru