Ayətullah Xamenei 1200-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 1200-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Muhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 1231 nəfərin əfv olunması barədə fərman imzalayıb.
 
Maide.Az xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1231 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
 
Qeyd edək ki, dekabr ayının 17-i  İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür. 
 

 

Google+ WhatsApp ok.ru