Ayətullah Xamenei ABŞ prezidentini tənqid etdi  - FOTO

Ayətullah Xamenei ABŞ prezidentini tənqid etdi - FOTO

Ali Rəhbər Ayətullah Xamenei ötən gün İmam Xomeyninin (r.ə) vəfatının 28-ci il dönümü münasibətiylə çıxış edib.
 
Maide.Az xəbər verir ki, mərhum İmam Xomeyninin (r.ə) hərəmində çıxış edən Ayətullah-üzma Xamenei, İmam Xomeyninin adının inqilabdan ayrı olmadığını deyərək bildirib: “İmamın şəxsi cəlbedicilik ruhiyyəsi vardı, imamın şüarlarında cəlbedicilik vardı. Bu özünə cəlbetmə o qədər güclü idi ki, müxtəlif kütlələri, o cümlədən gəncləri meydana çəkə bilirdi. İmam çox güclü və möhkəm şəxsiyyətə, tam açıq danışığa, sədaqətə malik idi. İmamın izləyicilərinin hamısı onun sözlərində sədaqəti hiss edirdi. İmamın Allah-taalaya imanı və təvəkkülü onun rəftarı və danışığında bərabər şəkildə özünü əks etdirirdi”.
 
Ayətullah Xamenei bildirib ki, İmamın cəlbediciliyinin bir hissəsi onun təqdim etdiyi prinsiplərdə idi. “İmamın vətəndaşlara təqdim etdiklərindən biri İslam idi; Əsl Məhəmməd İslamı. Əsl İslam geridə qalmanın əsiri deyil, qəsdən təhrifin əsiri deyil. İmam Xomeyini əsl İslamı həm geridə qalma, həm də qəsdən təhrifin olduğu dövrdə təqdim etdi. Bu gənc müsəlman üçün cəlbedici idi. İmamın prinsiplərindən müstəqillik, azadlıq, ictimai ədalət, iqtisadi ədalət, ABŞ-ın müstəmləkəsi altından çıxmağı qeyd etmək olar. Bunların hamısı cəlbedicidir”.
 
Ayətullah Xamenei əlavə edib ki, bir həqiqət dəfələrlə təkrar olunmasa və bütün özəllikləri bəyan olunmasa, zaman keçdikcə təhrif olunma ehtimalı artar. “Siz özünüz də yaxşı bilirsiniz ki, İmam Xomeyninin şəxsiyyətini təhrif etmək niyyətində olanlar az deyil. İslam inqilabı İmam Xomeyninin əli, Allahın iradəsilə reallaşdı. Bu inqilab yalnız siyasi dəyişiklikdən ibarət deyildi. Tarix boyu hədəfini minimum təyin edənlər uğur qazana bilmədi, lakin İmam Xomeyni hədəfini maksimum təyin etməsinə baxmayaraq qalib gəldi. Bəzi qruplar qalib olsalar da, bu qələbəni sonadək qoruya bilmədi. Lakin İmam (r.ə) qələbəsini qoruya bildi. İmamın (r.ə) əsas prinsiplərindən biri ABŞ-ın müstəmləkəsi altından çıxmaq idi. Bu cavanları özünə cəlb edən məsələ idi. Bu gün də Səudiyyə Ərəbistanı kimi ölkələrdə bu məsələ cavanlar üçün cəlbedicidir. İmamın cismi bizdən ayrılıb, lakin ruhu diri və yolu mövcuddur. Düşmənlərimiz bekar deyil, lakin onlar bugünədək bizə ciddi zərbə endirə bilməyib. Görün bizim düşmənimizin axmaqlığı nə həddədir?! ABŞ prezidenti qəbiləsayağı və geridə qalmış bir rejimdə qəbilə başçısı ilə qılınc oynadır və digər tərəfdən də utanmazcasına İran xalqının 40 milyonluq səsinə irad bildirir”.
 
Ölkənin daxili məsələlərinə də toxunan Ayətullah Xamenei bildirib: “Bəziləri İmamı mədəni irs kimi təqdim edir. Xeyr, İmam diridir və nəfəsi bizimlədir. Bəziləri yanlış düşünür və düşmənlə mübarizənin xərcləri olduğunu bildirir. Bəli, mübarizənin xərci var, lakin sülhün də özünəməxsus xərci var. Səud rejiminə diqqət edin. ABŞ prezidenti ilə sülh etmək üçün öz mal varlığının yarısını onlara xərclədi. Mübarizə əgər məntiqə və özgüvənə əsasən olsa, xərci qat-qat aşağı olacaqdır. İnqilabçı olmaq yəni ki, xalq və məmurlar heç bir gücə-hegemona boyun əyməsin”.
 
İranda keçirilən prezident seçkilərinə də toxunan Ayətullah Xamenei “Mən seçkilərdə iştirak edən bütün xalqıma minnətdarlığımı bildirirəm. Debatlarda bəzi əxlaqdanuzaq sözlər deyildi, bəziləri ittiham olundu. Bu yaxşı hal deyildi. Qalib və məğlub dəstə səbr və dözümlü olmalıdır. Xoşbəxtlikdən bu seçkilərdə məğlub olanlar 8 il öncə məğlub olanlardan fərqli olaraq səbrli oldu və onlar kimi ölkəyə problem yaşatmadı.”,- deyə əlavə edib.
 
Müsəlman ölkələrində baş verən hadisələrə də toxunan Ali Rəhbər bildirib ki, təəssüf olsun ki, bəzi ölkələrdə olan qardaşlarımız mübarək Ramazan ayında problemlərlə qarşılaşır. Yəmən, Bəhreyn, Suriya, Liviya kimi ölkələrdə müsəlman qardaş-bacılarımız oruc halda  böyük problemlərlə üzləşir.
 
Ayətullah Xamenei Səud rejiminin Yəməni gecə-gündüz bombardman etdiyini vurğulayıb və bildirib ki, Səudiyyə hökuməti bilsin ki, 10-20 il də bu metodu davam etdirsə, Yəmən xalqına qalib gələ bilməyəcək, təkcə öz cinayətlərinin sayını artırmış olacaq. Və sonda İlahi intiqam onlar üçün daha ağır olacaq.
 
Ayətullah Xamenei Səudiyyə Ərəbistanın Bəhreynə girməsini məntiqə sığmayan bir iş adlandırıb. “Bəhreynin məsələləri xalqa aiddir, Bəhreyn xalqı özləri hökumətləri ilə danışıb anlaşmalıdır. Xarici bir dövlət niyə hərbi qüvvələrini bu ölkəyə göndərməlidir? Hətta ABŞ-a verdikləri neçə milyardlıq rüşvət də onları hədəflərinə çatdırmayacaq. Bu kimi işlər Səudiyyə Ərəbistanı üçün üzqaralıq gətirəcək.  
 
Ali Rəhbər Ayətullah Xamenei Suriyadakı problemlərin də bu ölkənin xalqı və dövlətinin iradəsi ilə həllinin zəruriliyini vurğulayıb. “Suriyadakı məsələlər danışıqlar yolu ilə həll olunmalıdır". 
 
Ayətullah Xamenei regionda düşmənlərin məkirli planlarından da danışıb və bildirib ki, İŞİD terror qruplaşmasının üzvləri doğulduqları yer, yəni Suriya və İraq torpaqlarından qovulur. Terrorçular Əfqanıstan, Pakistan, Filippin və Avropa ölkələrinə doğru  gedir. Bu odu Qərb ölkələri özləri öz əlləri ilə alovlandırıb və indi özlərini əhatə etməkdədir. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru