Ayətullah Xamenei: `ABŞ və onun əlaltıları İraqın müstəqilliyi, kimliyi və vəhdətini istəmir` - FOTO

Ayətullah Xamenei: `ABŞ və onun əlaltıları İraqın müstəqilliyi, kimliyi və vəhdətini istəmir` - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün Tehranda səfərdə olan İraqın baş naziri Heydər Əl-Əbadi və nümayəndə heyyətini qəbul edib.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei İŞİD ilə mübarizədə İraqdakı bütün siyasi və məzhəbi cərəyanların birlik və bərabərliyini təqdirəlayiq və önəmli adlandırıb və bildirib ki, könüllü xalq qüvvələri İraqda əhəmiyyətli fenomen, mübarək və güc amilidir.  
 
Ayətullah Xamenei İraqın ərazi bütövlüyünün qorunmasının zəruriliyini vurğulayıb və bidlirib ki, amerikalıların qarşısında oyaq olmaq lazımdır, onlara heç vaxt güvənmək olmaz. Çünki ABŞ və onun  əlaltıları İraqın müstəqilliyi, kimliyi və vəhdətini istəmir. 
  
İŞİD qüvvələrinin müəyyən bir vaxt kəsiyində Bağdad yaxınlığına qədər gəldiyini bildirən Ali Rəhbər bildirib ki, İŞİD hazırda İraqdan qaçır və bu uğur İraq daxilindəki birlik və bərabərliyinin, həmçinin İraq dövlətinin gənclərə güvənməkdə yürütdüyü düzgün siyasətinin nəticəsidir. 
 
Ali Rəhbər ABŞ qüvvələrinin könüllü xalq qüvvələrinə qarşı çıxmasının İraqın güclülük (müqtədir) amilindən məhrum olmasını istəmələrinə görə olduğunu deyib.
 
Ayətullah Xamenei deyib ki, İraqdakı parçalanma və münaqişələr ABŞ-ın zərbə vurmaq üçün əldə etdiyi fürsətlərdir. “Bu imkanı onlara verilməməlidir, həmçinin təhsil və digər məsələlər bəhanəsi ilə ABŞ qüvvələrinin İraqa girişinin də qarşısı alınmaldır”.
 
Ayətullah Xamenei deyib ki, ABŞ-ın İŞİD-ə qarşı olması həqiqət deyil. "ABŞ və ona tabe olan bəzi region ölkələri İŞİD-i məhv etmək istəmir, çünki İŞİD onların dəstək və maliyyəsi ilə yaranıb və onların sərəncamlarında olan İŞİD-in İraqda qalmasını istəyirlər".
 
Ali Rəhbər İraq qüvvələrinin Suriya sərhədinə çatmasını strateji və böyük bir hərəkət  adlandırıb və qorunmasının vacib olduğunu vurğulayıb: "İran qonşu ölkə olaraq, İraqın bir hissəsinin ayrılması üçün referendumun keçirilməsinə dair söz-söhbətlərin əleyhinədir. İraq zəngin maddi, bəşəri mədəniyyətə və tarixi kökləri ilə brlik içində qalmalıdır və belə bir ölkənin haqqı öz ayaqları üstündə dayanmaqdır və ona qarşı çıxanlar qarşısında güclü şəkildə durmaqdır".
 
Ayətullah Xamenei görüşdə İraq hökumətinin problemlərin öhdəsindən gəlməsi və İraq millətinə yaxşı bir gələcək arzu edib. “İran və İraq arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsini istəyən Ali Rəhbər, mövcud bəzi inzibati problemləri həll edərək, əlaqələrin inkişaf etməsini istəyib" /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru