Ayətullah Xamenei: ABŞ-ın bu bir neçə gündə ölkəyə vurduğu ziyan cavabsız qalmayacaq-FOTO

Ayətullah Xamenei: ABŞ-ın bu bir neçə gündə ölkəyə vurduğu ziyan cavabsız qalmayacaq-FOTO

-- ABŞ hazırda qəzəb içindədir. Amma təkcə məndən yox. Sizdən...

Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei bu gün "19 dey qiyamı"nın ildönümündə İranın Qum əyalətinin sakinləri ilə görüşüb.
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki,  Ayətullah Xamenei görüşdə  son günlər ölkədə baş verən iğtişaşlara münasibət bildirib. 
 
O, deyib ki, İranın müxtəlif bölgələrində böyük və kiçik şəhərlərində iğtişaşlar başlayan gündən xalqın mitinqləri başladı. Düşmən muzdurlarına qarşı yürüşlər daha da çoxaldı. Sonrakı günlər Məşhəddə, Şirazda, İsfahanda, Təbrizdə, Qumda, Əhvazda, Həmadanda, Kermanşahda və digər şəhərlərdə mitinqlər keçirildi. Bunlar adi hadisələr deyil. Mən bunu sizə məlumatlı şəkildə deyirəm. Xalqın, düşmənin hiyləsi qarşısında bu cür ayıqlığı və motivasiyası dünyanın heç bir yerində görülməyib və 40 ildir davam edir.
 
Ayətullah Xamenei deyib ki, düşmənin 40 il ərzində qarşımızda etdiyi bütün hərəkətlər İslam inqilabına görədir. “İnqilab düşmənin ölkədəki siyasi mövqeyini kökündən qopardı. Düşmən indi də əks hücuma keçir və  hər dəfə də məğlub olur, irəliliyə  bilmir. Bu xalqın iradəsi və möhkəm səddi ilə mümkün olur. Bu dəfə də millət tam gücüylə ABŞ, İngiltərə və Londonda əyləşənlərə deyir ki, bu dəfə də bacarmadınız, yenə də bacarmayacaqsınız.”
 
Ayətullah Xamenei dürüst və haqlı tələbləri olan insanlarla qəddar və dağıdıcı hərəkətləri törədən insanlar arasında fərq qoyulmasının zəruri olduğunu vurğulayıb. "Haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdilər. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə edərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq.  Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Bizə hər dəfə filan şəhərdə, məntəqədə filan müəssisə, idarə yaxud parlament qarşısında camaatın etiraz etməsi məlumatı verilir. Heç kəs də onlarla sərt davranmır. Amma gərək onlar dinlənilə və problemləri həll edilə."
 
Ayətullah Xamenei  son hadisələr haqqında bildirib ki,  təhlükəsizlik məlumatları göstərir ki, bu iğtişaş törədənlər xaricdən idarə olunurdular. “İğtişaşların formalaşmasında 3 qrup fəal idi.  Bu üçlüyün başında  ABŞ və sionistlər durur. Baş verən hadisələrdə ABŞ və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər.  Plana əsasən kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta istiqamətlənən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi və ABŞ pul xərcləmək istəmirdi. Bu pulu körfəz ölkələri verdilər. Sonra isə "Xalq Mücahidləri" terror təşkilatı "Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. İlk əvvəl insanlar səslənən şüarlara səs verdi lakin xalq  şüarların məqsədinin dəyişdiyini gördükdə öz sıralarını onlardan ayırdı.” 
 
Ayətullah Xamenei deyib ki, bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçılar olublar. Siz o zaman harada idiz ki, indi "canım İrana fəda olsun" deyirsiz?"  
 
Ayətullah Xamenei İran düşmənlərini  nadan  adlandırıb və bildirib ki, davamlı qarşıdurmalara baxmayaraq  düşmənlər hələ də İran xalqını tanıya bilməyib. 
 
"ABŞ rəsmilərinin  boş sözləri onların  uğursuzluğu və əsəbindən qaynaqlanır.  “ABŞ hazırda qəzəb içindədir. Amma təkcə məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən ki, yenə məğlub oldular. İndi də ABŞ-ın dövlət nümayəndələri deyir ki, İran höküməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti ABŞ-dan qorxur. Onların cavabında deyirik, əgər ABŞ-dan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Siz utanmırsız?  Ötən bir il ərzində ABŞ-da polis 800  vətəndaşı qətlə yetirib. Wall Street qiyamında  xalqın əleyhinə bacardığınızı etdiniz , müxtəlif bəhanələrlə  insanları öldürdüz, indi durub İran xalqı üçün narahat olduğunuzu göstərirsiz?" 
 
 
Ayətullah Xamenei  bildirib ki, ABŞ rəhbərliyi  müxtəlif vasitələrlə “çevriliş” etmək üçün  İranlıların milli güc vasitələrini ələ almağa çalışır.  “Hökumətə dəstək olan ictimai rəy və xalqın  dəstəyi”, eləcə də  “gənclərin  iman və motivasiyası”  İranın milli gücünün  əsas vasitələrindəndir.  Bu səbəbdən  düşmənlər bu iki  gücü zəiflətmək istəyir.  Əgər ölkənin məsul şəxsləri mövcud problemləri həll etmiş olsa  ABŞ heç bir qələt edə bilməz". 
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə cəhd etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bizə zərərlər vurublar ki, bu cavabsız qalmayacaq. ABŞ-ın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Həmçinin xaricdə və çox təəssüf daxildə olan amerikasevərlər də bilsinlər ki, hökümət möhkəm dayanıb və Allahın lütfü ilə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru