Ayətullah Xamenei ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbini açıqladı

Ayətullah Xamenei ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbini açıqladı

-- ABŞ bölgədəki varlığını davam etdirməsinə don geyindirmək və...

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların qətliamına münasibət bildirib. 
 
Maide.Az “Leader.ir” saytına istinadən  xəbər verir ki, Ayətullah Xamenei qeyd edib ki,  ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbi bölgədəki varlığını davam etdirməsinə don geyindirmək, eləcə də sionist İsrail rejimi üçün  təhlükəsizliyi təmin etməkdir.  
 
İŞİD-in son aylar ərzində minlərlə insanın həyatına son qoymuş Əfqanıstandakı terror hadisələri üzərində ABŞ-ın imzasının olduğunu bildirən Ali Rəhbər İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə alət kimi istifadə edən ölkələrin indi də Əfqanıstanda mövqe tutmasını vurğulayıb. “Şiə və sünni fərq etmədən bütün vətəndaşlar ABŞ-ın dəstəklədiyi terrorçuların hədəfindədir. Onların birinci dərəcəli siyasəti  region xalqlarını özünə məşğul etməkdir.  ABŞ regionun dirçəlməsini istəmir. Onlar istəyirlər ki, dövlətlər və millətlərin başları özlərinə qarışsın, sionizmlə mübarizə fikrinə düşməsinlər.”
 
Ayətullah Xamenei qeyd edib ki, Əfqanıstanda  sabitsizliyin və  qətliamların əsas səbəbkarı elə ABŞ özüdür.  “Ötən 20 il ərzində bölgədə məzhəb adı ilə aparılan cinayətlər vasitəli və ya vasitəsiz olaraq ABŞ-dan qaynaqlanır. İndi də bölgədə gərginlik yaratmaqla  öz məqsədlərini, siyasi və iqtisadi maraqlarını təmin edirlər.”

 

Google+ WhatsApp ok.ru