Ayətullah Xamenei başsağlığı verdi

Ayətullah Xamenei başsağlığı verdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  İraqda onlarla Seyidüş-şühəda (ə) zəvvarının şəhadəti və  çox sayda İmam Rza (ə) zəvvarı və sərnişinin İranda baş vermiş dəmir yolu qəzasında  həyatını itirməsi münasibəti ilə başsağlığı verib.  
 
Maide.Az xəbər verir ki, başsağlığı mesajında bildirilir: “İraqda baş vermiş acı hadisədə həzrət Seyidüş-şühədanın (ə) iranlı və qeyri-iranlı zəvvarlarının şəhid olması və iki qatarın toqquşması nəticəsində sərnişinlərdən və İmam Rza (ə) zəvvarlarından bir qisminin həyatını itirməsi və yaralanması xəbəri məni də digər həmvətənlərim və hadisə qurbanlarının ailələri kimi əzadar etdi. 
 
Birinci hadisədə cinayətkar təkfirçi terrorçu qruplar Böyük Ərbəin yürüşü və bu yürüşün misilsiz təhlükəsizliyinin təmini onların çirkli planlarını pozduğu və gözlərini kor etdiyi üçün dəhşətli və qorxaqcasına bir intiqama əl atdılar. Onlar bir daha öz xəbis simalarını və pis kimliklərini hamıya göstərdilər. Dünyanın digər bölgələrindən o cümlədən Nigeriya, Pakistan və Əfqanıstandan da onların silahdaşlarının acı cinayətləri ilə bağlı xəbərlər eşidilir. Və bir daha bütün müsəlmanlara və ürəyi yanan insanlara təkfirçi cərəyanların və onları dəstəkləyən dövlətlərin təhlükəsi ilə bağlı xəbərdarlıq edir. 
 
İkinci hadisədə də iş başında olanların laqeydliyi və günahı ailələri əzadar etdi və əziz vətəndaşlarımızdan bir qrupunun həyatını itirməsinə və yaralanmasına səbəb oldu. Mən Allahdan rəhmətə gedənlər üçün bağışlanmaq və yaralananlar üçün şəfa diləyirəm. Onların ailələrinə başsağlığı deyirəm. 
 
Məsul şəxslərdən və aidiyyatı qurumlardan (həm ölkənin daxilində və həmdə ölkədən kənar)  istəyirəm ki, bu ağrılı hadisələrin üzərindən asanlıqla keçməsinlər. Bu müsibətlərin və xalqın buna oxşar digər problemlərinin aradan qaldırılmasını özləri üçün proritet qərar versinlər. Hər kəsin hazırda öncəliyi hər iki hadisə qurbanlarının, yaralıları və həlak olanları yerbəyer etmək, onları müalicəsi ilə məşğul olmaq və hər iki hadisə qurbanlarının ailələrinin çətinliyini aradan qaldırmağa çalışmaq olmalıdır."
 
 

Google+ WhatsApp ok.ru