Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

-- Şiraz şəhərinin imam cüməsinin ölümü münasibətilə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim, Şiraz şəhərinin imam cüməsi,  mərhum höccətül-islam Hacı Şeyx Əsədullah İmaninin  vəfatı münasibətilə  başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli və mücahid alim, Şirazın çalışqan və xidmətçi imam cüməsi mərhum höccətül-islam Hacı Şeyx Əsədullah  İmaninin vəfatı xəbərini böük kədərlə eşitdik.  Bu inqilabçı və xalqına xidmət edən ruhani  uzun illər, həmişə  ictimai  və inqilabi çalışmalarda ön cərgədə olub. İmam cümə,  Xobreqan Ekspertlər Məclisinin üzvi və bir sıra digər elmi və ictimai fəaliyyətləri olub.  Öz öhdəliklərini layiqincə  yerinə yetirib. Bu bəsirətli və sədaqətli  alimin itirilməsi,  Fars əyaləti və Şiraz şəhərinin xalqı və ruhaniləri üçün böyük itgidir.  Onun yaxınlarına, şagirdlərinə,  sevənlərinə və Fars əyaləti xüsusi ilə Şiraz şəhərinin mömin xalqına , və ruhanilərinə başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki, mərhum  Höccətül-islam İmani  may ayının 7-də 70 yaşında   vəfat edib. O uzun müddət idi ki, böyrək çatışmamazlığından əziyyət çəkirdi və son aylarda xəstəxanada müalicə alırdı.
 

Google+ WhatsApp ok.ru