Ayətullah Xamenei: Birlik və hegemonlar qarşısında müqavimət İslam dünyasının yeganə tərəqqi yoludur

Ayətullah Xamenei: Birlik və hegemonlar qarşısında müqavimət İslam dünyasının yeganə tərəqqi yoludur

Xəbər verdiyimiz kimi bu gün İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün göndərildiyi gün – "Məbəs" bayramı günü hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də bir qrup şəhid ailələri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.İnfo xəbər verir ki, Ayətullah Xamenei görüş iştirakçılarını və dünya müsəlmanlarını "Məbəs" bayramı münasibətilə təbrik edib və bildirib ki, besət bütün bəşəriyyət üçün nurani, həmişə yaşar və dəyişiklik yaradan bir proqramdır. “Rəsuli Əkrəmin besəti cəhl, zülm və zülmətə qərq olmuş dünyada baş verdi. Əziz İslam Peyğəmbəri (s)  insanları nura dəvət etdi. Yəni ədalət, insaf, vəhdət və zülm qarşısında müqavimətə söykənən bir hökumət təşkil etməklə göstərdi ki, besətin proqramı bütün dövrlər və bütün bəşəriyyət üçündür. Bu proqram icra oluna biləcək bir proqramdır və ən böyük bəşər sivilizasiyasının təşkili üçün infrastruktur ola bilər”.
 
Ayətullah Xamenei qarşıdan gələn İrandakı prezident seçkilərinə toxunub və bildirib ki, İran xalqı qarşıdakı seçkilərdə aktiv iştirakları ilə İslam və İran düşmənlərini məyus edəcək. “Lazımdır hörmətli namizədlər xalqa ölkənin inkişafı və problemlərinin həlli üçün xalqa söz versin və ölkə sərhədlərindən kənardan yardım ummasınlar".
 
Ayətullah Xamenei İran xalqının qorxmazlığı və şücaətinin əsas amili kimi iman, birlik və səhnədə iştiraklarını göstərib. “Qarşıdakı seçkilərdə xalqın aktivliyi onların həmişə səhnədə iştirakının ən önümli göstəricilərindəndir”. 
 
Ayətullah Xameni həmçinin Amerikanın sabiq və indiki məsul şəxslərinin İrana qarşı hədələri və müştərək siyasətləri ilə bağlı bildirib ki, amerikalılar hər zaman İrana zərbə vurmaq üçün əllərindən gələni edib, lakin hamı bilsin, hər kim İran xalqına hücum edərsə, heç şübhəsiz özü ziyan görəcək. Ona görə ki, İran xalqının reaksiyası daha möhkəm olacaq. 
 
Ayətullah Xamenei əlavə edib ki, Peyğəmbər (s) hökumətinin damlasını özündə əks etdirən İslam Respublikasının təşkilindən sonra düşmənlər bu böyük hərəkətlə, yəni İslamla mübarizə və düşmənçilik etməyi öz gündəliklərində qərar verdi. “İslam dini insan cəmiyyətinin çiçəklənməsi və inkişafındakı misilsiz gücü və rolu, maddi və mənəvi sivilizasiyanın formalaşmasındakı potensialı və eləcə də İslamın zülm və təcavüzlə mübarizə gücü hegemonların İslam dini ilə düşmənçiliklərinin əsas səbəblərindən biridir”.
 
Ayətullah Xamenei İslam adı ilə terrorçu qrupların təşkilini və islami ölkələr, o cümlədən İraqda, Suriyada, Bəhreyndə və Yəməndə ixtilafların yaradılmasını Amerika və sionist rejimin İslam ilə mübarizə üçün çirkli planı adlandırıb. “Əlbəttə dünya hegemonları və zalımları İslam Respublikası ilə digər müsəlman ölkələrinə nisbətdə daha çox düşmənçilik edir. Onların əsas problemi İslamın özüdür. Bu həqiqəti bütün müsəlmanlar dərk etməlidir. İslam ölkələrinin məsul şəxslərinin borcudur ki, hegemonların İslamla düşmənçiliyinin səbəbini dərk etsin. Müsəlman ölkələr anlamalıdır ki, Amerika bir müsəlman ölkəsi ilə dostluq edirsə, digəri ilə düşmənçilik edirsə, məqsədi İslam dünyasında vəhdətin qarşısını almaqdır. İslami cəmiyyətlərin mənafeyi üçün müsəlmanların müştərək anlaşmasına maneçilik törətməkdir”. 
 
Ayətullah Xamenei amerikalıların regionda separatçı siyasətinin uğur qazanmasından təssüfləndiyini bildirib. “Talançıların əli bəzi region ölkələrinin cibindədir. Bu işi davam etdirmək üçün çalışırlar İslam Respublikasını, ya İranı, ya da şiəçiliyi onlara düşmən kimi göstərsinlər. Amma hamımız bunu dərk etməliyik ki, İslam dünyasının yeganə tərəqqi yolu birlik və hegemonlar qarşısında müqavimətdir. Bütün xalq, gənclər və inqilabçı və mömin xalq hegemonlar qarşısında dayanıb. Hər bir ölkədə Peyğəmbərin (s) besətindən qaynaqlanmış bu müqavimət  olarsa, düşmənlər heç bir hücum və addım ata bilməz”. /

Google+ WhatsApp ok.ru