Ayətullah Xamenei: Bu gün müstəqil və inkişaf etməkdə olan İranın əsas düşməni...... (YENİLƏNİB)

Ayətullah Xamenei: Bu gün müstəqil və inkişaf etməkdə olan İranın əsas düşməni...... (YENİLƏNİB)

(ilk xəbər bu gün saat 13:57-də dərc olunub) 
 
Xəbər verdiyimiz kimi bu gün səhər 19 Dey qiyamı (1356-cı ilin 19 Dey - 1977-ci ilin yanvar ayının 9-da Qum şəhərində keçirilən dinc etiraz aksiyasına
şah rejim qüvvələrinin hücumunun ildönümü) günü münasibətilə Qum şəhərindən olan minlərlə insan Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran xalqı və ölkənin hakimiyyətinin qorunub saxlanılması üçün “iman və ilahi mərifət”, “elmi güc”, “müqavimətli iqtisad” və “milli izzətin qorunması”nı dörd əsas amil adlandırıb. 
 
Ayətullah Xamenei deyib ki, iqtidar və hakimiyyətin göstəricilərindən biri iqtisadi inkişaf və xalqın iqtisadi problemlərinin həllidir. “Sanksiyaları tətbiq etməkdə düşmənin məqsədi budur ki, xalqı  sistemdən ayırsın və xalq üçün problemlər, işsizlik və böhran yaransın. Biz beləcə danışaq və xalq problemlər içərisində olsun.  Sanksiyaları da ləğv edərkən zahirdə elə ləğv edirlər ki, bu problemlər yerində qalsın. Bizim padzəhərimiz budur ki, elə bir iş görək ki, iqtisadiyyatımız güclü, davamlı və müqavimətli olsun, yəni elə müqavimət iqtisadiyyatı”.
 
Ayətullah Xamenei  deyib ki, İran xalqı və İnqilabı heç vaxt özü üçün düşmən yaratmaq ardınca olmayıb. “İranı qəsb etmiş quldurlar bu ölkədən qovuldular. Onların mənafeyi İran xalqının geridə qalması və asılılığı ilə təmin olunurdu. Bu gün İran xalqının geridə qalması və asılılığından mənfət qazananlar İslam Respublikasının qan düşmənləridirlər”.
 
Ayətullah Xamenei deyib ki, İslam Respublikası və İran xaqlı ilə düşmənçilik edilir, qarşısında ən önəmli vəzifə düşməni və onun hədəfləri tanımaq, düşmənin qarşısında müqavimət göstərməkdir. 
 
Ayətullah Xamenei “düşmən kimdir?” sualını verərək deyib ki, bu gün müstəqil və inkişaf etməkdə olan İranın əsas düşməni Amerika,  İngiltərə, beynəlxalq plutokratiya, sionistlər və onların adlarını çəkmək qədər dəyəri olmayan davamçılarıdırlar.
 
Ayətullah Xamenei əlavə edib ki, əlbəttə əcnəbi düşmənlərlə yanaşı ölkə daxilində də düşmənlər var ki, onlar istəksizlik, məyusluq, depressiya, tənbəllik, səhv siyasətlər, pis davranışlar, müxtəlif ixtilaflar və dar düşüncələrdir. “Biz tənbəllik etsək və vaxtında hərəkət etməsək, düşməni səhv salsaq, “həqiqi böyük şeytan” əvəzinə pis qardaşı düşmən hesab etsək, o zaman ziyan görəcəyik. 
 
Ayətullah Xamenei deyib ki, düşmən dedikdə bu şüar deyil. “Amerikanın “xoş əxlaqlı” xarici işlər naziri sonrakı hökumətə yazdığı məktubda məsləhət görür ki, “bacardığınız qədər İrana təzyiqlər edin və sanksiyaları saxlayın. Təzyiqlər etməklə İrandan imtiyaz ala bilərsiniz. Necə ki, aldı. İndidən oturublar və Hərtərəfli Birgə Fəaliyyət Planın (HBFP)icrasından sonrakı dövr üçün plan cızırlar ki, hansı məhdudiyyətləri təhmil etsinlər. Sanırlar ki, HBFP icrası 10-12 il çəkəcək. Sizcə bu düşmən deyil? Niyə, düşməndir lakin gülərüz düşmən. Bu düşmənlə İranı şər və pislik mənbəyi bilən düşmən arasında heç bir fərq yoxdur. 
 
Ayətullah Xamenei deyib ki, bu gün ingilis dairələri region və islami İran üçün planlar cızır. “Onların planlarından biri region ölkələrini parçalamaqdır. Deyirlər vahid İraq, vahid Suriya, vahid  Liviya və vahid Yəmən dövranı bitib artıq. İranın adını çəkmirlər, çünki İranın ictimai rəyin qınağından qorxurlar”.
 
Çıxışının davamında Ayətullah Xamenei deyib ki, Amerika və İngiltərənin düşüncə mərkəzləri dinin siyasətdən ayrılması ilə mübarizə üçün proqramlar hazırlayır. “Onlar çalışır ki, din məscidin bir küncündə, evin içində və insanların daxilində olsun. İqtisad və siyasətlə birgə olan, eləcə də düşmənin zorakılığına boyun əyməyən din olmasın.  Düşmən hökumət, iqtisad, güc, siyasət, ordu, idari və maliyyə sisteminə sahib olan dindən qorxur. Deməli, doğru dini mərifət dinin həyat tərzindən və siyasətdən ayrılmamasıdır”.
 

Google+ WhatsApp ok.ru